hemle

28 MAY TARİXİNİ MÜQƏDDƏSLƏŞDİRƏNLƏR!-CAVİD İSMAYIL YAZIR

Tarix:28-05-2020, 19:58
Baxış Sayı:491

1918-ci ilin 28 may günü xalqımızın təkçə qanlı Rusiya imperiyasının bir əsirlik müstəmləkə əsarətindən azad olaraq, Azərbaycanın azadlıq və müstəqillik mübarizəsi tarixinə qızıl hərflərlə həkk olunmuş, milli qürur hissi duyduğumüz müqəddəs gün deyil. Xalqımız, 1918-ci ilin 28 may günü Azərbaycan Milli Şurasının iclasında İstiqlal Bəyannaməsi qəbul edilməklə, Azərbaycanın şimal torpaqlarında Şərqdə və bütün Türk dünyasında ilk demokratik, dünyəvi dəyərlərə söykənən parlament respublikası – Azərbaycan Xalq Cümhuriyyəti qurmaqla nəinki şanlı tariximizin ən şərəfli səhifəsini yazdı, eyni zamanda dünya sivilizasiya tarixinin inkişafına, dünyada demokratiyanın inkişafına öz əvəzedilməz töhvəsini vermiş oldu.

28 may gününü müqəddəsləşdirən Vətən övladlarını xatırlatmağı özümə borc bildim.

Tarixi xronologiyada 1918-ci il mayın 27-də Müsəlman Fraksiyasının, yəni Zaqafqaziya müsəlman şurasının (Zaqafqaziya müsəlman parlamentinin) üzvləri də ayrıca iclas keçirdilər və Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər.

Zaqafqaziya müsəlman şurası özünü Azərbaycan Milli Şurası – Azərbaycan Parlamenti elan etdi. Bu tarixi bir addım idi. Bu addımla əslində Azərbaycanın tarixində ilk parlament yarandı və ilk parlamentli respublikanın bünövrəsi qoyuldu. Həmin iclasda Azərbaycan Milli Şurasının rəyasət heyəti və sədri seçildi. M. Rəsulzadə Milli Şuranın sədri oldu. Mayın 28-də Həsən bəy Ağayevin sədrliyi ilə Azərbaycan Milli Şurasının tarixi iclası keçirildi. İclasda iştirak edən Həsən bəy Ağayev (sədr), Mustafa Mahmudov (katib), Fətəli xan Xoyski, Xəlil bəy Xasməmmədov, Nəsib bəy Yusifbəyli, Mir Hidayət Seyidov, Nəriman bəy Nərimanbəyov, Heybət Qulu Məmmədbəyov, Mehdi bəy Hacinski, Əli Əskər bəy Mahmudbəyov, Asian bəy Qardaşov, Sultan Məcid Qənizadə, Əkbər Ağa Şeyxülislamov, Mehdi bəy Hacıbababəyov, Məmməd Yusif Cəfərov, Xudadat bəy Məlik-Aslanov, Rəhim bəy Vəkilov, Həmid bəy Şahtaxtinski, Firudun bəy Köçərlinski, Camo bəy Hacınski, Şəfi bəy Rüstəmbəyov, Xosrov Paşa bəy Sultanov, Cəfər Axundov, Məhəmməd Məhərrəmov, Cavad Məlik-Yeqanov və Hacı Molla Səlim Axundzadə Azərbaycanın İstiqlal Bəyannaməsini qəbul etdilər.

Bəli, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aydan sonra qanlı Rus imperiyasının tarixə yeni adda daxil olmaqda olan bolşeviklər tərəfindən süquta yetrilsə də, Azərbaycan Xalq Cümhuriyyəti gərgin və mürəkkəb ictimai-siyasi şəraitdə fəaliyyət göstərdiyi cəmi 23 ay ərzində, bizlərə əbədiyyətə qədər şərəf duymağı qazandırdı.

Bu amala axıra qədər sadiq qalan və adları qeyd edilməyən xidmətləri olan bütün Vətən övladlarına Allahdan rəhmət diləyirik. Cümhuriyyətin qutlu olsun, VƏTƏN!

Cavid İsmayıl.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ
09:44 Rusiyada yaşayanların NƏZƏRİNƏ - Bunu edənlər 5 milyon rubla qədər CƏRİMƏ OLUNACAQLAR