hemle

Azərbaycan Cümhuriyyətinin ilk iqamətgahında şanlı tarix muzeyi - FOTO/

Tarix:29-05-2019, 11:04
Baxış Sayı:591

Gəncənin mərkəzinə yaxın bir yerdə, Xan Bağının qonşuluğunda, üstündə Dövlət Bayrağı ucalan bu bina 1918-ci ildə yaradılan Azərbaycan Cümhuriyyətinin ilk iqamətgahı olub. Bu, eləcə də onun sağ cinahındakı digər binada 1918-ci il iyunun 16-dan sentyabrın 16-dək Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası və hökuməti yerləşib.

1897-ci ildə inşa edilən binada çar hakimiyyəti dövründə şəhər bələdiyyəsi fəaliyyət göstərirmiş. 1918-ci ildə tariximizin şərəfli səhifəsinə şahidlik etmiş bina sovet dövründə təhsil ocağı kimi fəaliyyət göstərib.

Bu gün bina Azərbaycan Dövlət Aqrar Universitetinin istifadəsindədir. Hazırda Xalq Cümhuriyyətindən qalan izlər ikinci binada yaradılmış “Cümhuriyyət muzeyi”ndə qorunur. Muzeyin eksponatları Azərbaycan Xalq Cümhuriyyətinin 3 aylıq Gəncə dövründən bəhs edir.

Digər xəbərlər
09:20 Oynaqlar üçün faydalı olan məhsullar hansılardır? - Rusiyalı həkimdən tövsiyələr
09:13 “WhatsApp”da yenilik: Bu, icazəsiz mümkün olmayacaq!
09:09 Müəllimlərə ŞAD XƏBƏR: Əməkhaqları arta bilər
09:02 Ordumuzun mövqeləri Tovuzqala istiqamətindən atəşə tutuldu
22:20 Ermənilərin sərhədimizə D-30-lar yerləşdirdi: Nəyə hazırlaşırlar?
22:18 Kampaniya başladıldı: İranda türk dili rəsmi dil olsun!
22:08 Azərbaycan və NATO arasında Qətərdə danışıqlar oldU
22:05 İctimai yerdə söyüş söyənlər cərimələnə bilər? - Açıqlama