hemle

Gəncənin muzeylər xəritəsində yollar nə üçün bu muzeydən keçmir?

Tarix:23-09-2018, 23:17
Baxış Sayı:636

NURU paşa 25 may 1918-ci ildə GƏNCƏYƏ gəldi. Uzun illər Rusiya imperiyası tərəfindən dövlətçiliyimiz dağıldığından və dövlətçiliyimizi xatırladan dövlət təşkilatlarının tarixi yadigarları-binaları məqsədli şəkildə dağıdıldığından dövlət. idarələrinin binası yox idi.
Əvvəldən razılaşdırıldığı kimi Azərbaycanın İstiqlal mücahidi və qeyrət qalası olan ŞEYXZAMANOVLARIN GƏNCƏDƏ olan MÜLKÜ ağ atlı NURU PAŞA üçün hərbi qərargah müəyyən edildi.
NURU PAŞA iki ay əvvəl ermənilər tərəfindən soyqırıma məruz qalmış və çox yerlərdə hələ də davam edən AZƏRBAYCANA GƏNCƏYƏ OSMANLI imperiyası böyüklükdə ÜMİD gətirdi.
Bütün Azərbaycan GƏNCƏDƏ idi.
Gəncədə günboyu dəstək yığıncaqları davam edirdi.
Hələ Tiflisdə AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN elan edilməsinə üç gün var idi.
Bu gün Aztv-nin Qərb Bölgəsinin təmsilçisi Əhməd Qədiroğlu ilə 4000 yaşlı Ulu GƏNCƏDƏ ŞEYXZAMANOVLARIN ailə muzeyində və orada yerləşən QAFQAZ İSLAM ORDUSUNUN MƏNZİL QƏRƏRGAHINDA -NURU PAŞANIN AZƏRBAYCANIN TARİXİ PAYTAXTI BAKININ azad edilməsinin baş planını hazırladığl tarixi HƏRBİ qərargahında olduq və tarixçi professor HƏSƏNBALA SADIQOV “NURU PAŞA və
NAĞI BƏY ŞEYXZAMANOVLA birlikdə “ tarixi BAKI AZADLIQ YÜRÜŞÜNÜN yol xəritəsini “müzakirə etdilər.”
NURU PAŞANIN azadlıq mübarizəsi GƏNCƏDƏN başladı.
Şeyxzamanov ailəsi tayı bərabəri olmayan bir muzeyə-müqəddəs ocağa sahibdirlər.Arifə xanım yorulmadan gəıənlərə bələdçilik edir.Amma muzeydə olduğum müddətdə bir sual məni tərk etmədi.
Muzeyə baxış əmsalı nə üçün aşağıdır?
Gəncənin muzeylər xəritəsində yollar nə üçün bu muzeydən keçmir?

Digər xəbərlər
22:20 Dünyanı gözləyən növbəti dəhşətli təhlükə
22:17 Prezident TƏSDİQLƏDİ - Azərbaycanda abidələrə vahid qaydada pasport veriləcək
22:15 Azərbaycandan getmək hüququ məhdudlaşdırılmış borclu şəxslərə SMS göndərilməsi qüvvəyə minib
22:11 Türkiyədə GÜCLÜ YANĞIN: çox sayda xəsarət alan var
22:07 “Azərbaycan tarixi xəritələrdə” - Cənubi Qafqazda heç zaman erməni dövləti olmayıb
22:05 Ermənilər Qarabağda “parad” üçün silahları bu ölkədən gətiriblər - Məhkəmədə ETİRAF
22:02 Paşinyan Ərdoğana zəng etdi: Sülh müqaviləsini müzakirə etdilər
21:59 Emosional insanlarda təhlükəli xəstəlik riski var: XƏBƏRDARLIQ