hemle

20 Yanvar Azərbaycan xalqının mübarizlik tarixi - ATƏŞ.AZ

Tarix:20-01-2017, 16:44
Baxış Sayı:603

Düz 27 il əvvəl 20 Yanvar tarixində qana susamış şər imperiyası son qara niyyətini Azərbaycanda gerçəkləşdirdi. Bu vaxta qədər Əfqanıstanda, Çexoslovakiyada, Almatada, Vilnüsdə əlini günahsız insanların qanına bulamış Sovet ordusu bu dəfə daha qəddar, daha amansız idi. Imperiya getdikcə süquta uğradığını anlayır və bu çabalardan çıxma yolunu əsarətində saxladığı xalqların gözünü qorxutmaqda görürdü. 1988-ci ildən ilin ən mübariz xalqı adını qazanan Azərbaycan xalqı imperiya rəhbərlərinin gözündə ən təhlükəli qüvvəyə çevrilmişdi. Xalqın mübarizə əzmini qırmaq üçün xain planlar hazırlanırdı. Azərbaycanda vəziyyətin kəskinləşməsindən ehtiyat edərək tədbirlərə əl atıldı. Bakıda vəziyyət son həddə çatmışdı. Kütləvi aksiyalar kommunist rejimini daha da vahiməyə salırdı. Nəhayət 1990-cı il yanvarın 19-u Sovet ordusunun xüsusi təyinatlı bölmələri və daxili qoşunları Bakıya yeridildi. Özü də görünməz qəddarlıq və vəhşiliklə… XI Qızıl Ordu kimi tanıdığımız ordunun tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınan erməni əsgər və zabitlər, Sovet hərbi hissələrində xidmət edən ermənilər daxil edilmişdi. Nəzarətin bütünlüklə ələ alınması, əhalinin məlumatsız qalması üçün ilk iş Azərbaycan Dövlət televiziyasının enerji blokunun partladılması oldu. Bakının hər yerində Sovet ordusunun tankları göründü. Şəhər əhalisi güllə və atəş səslərinə küçələrə axışırdı. Atəşə məruz qalmış dinc, əliyalın insanları xəstəxanalara çatdlrmaq üçün hər kəs əlindən gələni edirdi. Sanki hamı səfərbər olmuşdu. Təcili yardım maşınları güllə yağışları altında yaralıları xəstəxanalara güclə çatdırırdı. İmperialist hücumun daha bir göstəricisi isə Kalaşnikov avtomatlarından qadağan olunmuş güllələrdən istifadə olunması ilə bağlı idi. 1990-cı ilin 20 Yanvarı Azərbaycanın istiqlaliyyət yolunun ilk şəhidlik zirvəsi idi. Bu, gələcək nəsillərə görk, düşmənlərə dərs olacaq bir gün oldu. 20 Yanvar Azərbaycan xalqının hüzn günüdür. 20 Yanvar həm də qürur günümüzdür. Düşmən qarşısında əyilməyən mərdlik, mübarizliyin nümayiş olunduğu gün. Bu gün şəhidlik zülmə, zillətə qalib gəldi. Tarixə şəhidlərin qanı ilə yazılan tarix heç vaxt unudulmur.

XƏYALƏ VAQİFQIZI

Digər xəbərlər
09:46 Paşinyan: "Azərbaycanla sərhədin delimitasiya olunan hissələrindən Aİ missiyasını çıxarmağa hazırıq"
09:45 "WhatsApp"dan möhtəşəm funksiya: Səsli mesajlar mətnə çevrilir
09:41 ÜST-dən meymunçiçəyi ilə bağlı qərar
09:39 Avtomobilin işıq cihazına "plyonka" çəkənlərin DİQQƏTİNƏ: Cərimə gözləyir?
09:38 Pulsuz ictimai nəqliyyat xidməti başa çatır
09:36 Ukraynanın əkin torpaqları hansı ölkələrə satılıb? – İnanılmaz faktlar
09:35 Putin bu raketlərlə bağlı müşavirə keçirdi - "Dünyada onların qarşısını alacaq silah yoxdur"
09:33 İrəvan Bakıya qarşı bu iddialardan imtina etməyə hazırdır - Paşinyan