hemle

"20 Yanvar" faciəsi Türkiyədə anıldı - ATƏŞ.AZ

Tarix:19-01-2017, 17:40
Baxış Sayı:725

MHP şəhər başçısı Yaşar Çeçen, "Azərbaycan Hüzün Günü" olan 20 Yanvar səbəbiylə bir mesaj nümayiş etdi.
Çeçen, mesajında, Azərbaycanın müstəqillik yolunda ən acı günlərindən birinin 20 Yanvar olduğunu ifadə edərək, Azərbaycan və Türkiyənin olduğu coğrafiyanın keçmişdə müstəqilliyi uğrunda çox böyük ağrılar gördüyünü qeyd etdi.
Çeçen, "iki ölkənin bayraqlarındakı qırmızı rəngi, müstəqillik yolunda şəhid olan insanlardan almıştır.Sovetler Birliyi tankları 20 yanvar 1990-cı ildə Bakıya yürüdərək günahsız insanları şəhid etmişlər. Azərbaycan xalqı isə baltalarla, çubuqlarla tanklara qarşı mübarizə aparmışdır. 20 Yanvarın Azərbaycanın müstəqillik və istiqlal yolunda əhəmiyyətli bir yeri olmuşdur. Müstəqilliyə gedən ilk addım olmuşdur.
20 Yanvar 1990-cı ildə Bakıya hücum edən rus qoşunları irq, din, məzhəb ayrı-seçkiliyi etmədən bütünlüklə qırğın etmişlər. Məqsəd isə Azərbaycanı öz təsirləri altına almağa nail olmaq. Amma bu hadisə Azərbaycanın müstəqillik yolunda sürətlə irəliləməsi üçün qığılcımı odlamaqları ilə nəticləndi. Azərbaycan vətəndaşlarının qanlarını tökərək Azərbaycanı yox etməyi məqsəd qoydular , amma Azərbaycan eynilə 1918-ci ildə olduğu kimi yenidən müstəqilliyin küllərindən doğuldu. Bu coğrafiya ağrılarla yoğrulmuş əhəmiyyətli bir coğrafiya. Azərbaycan Qafqazın, Türkiyə isə Avropanın parlayan ulduzudur. " çıxış etmişdir.

ATƏŞ.AZ

Digər xəbərlər
10:26 Qara dəniz üzərində 3 raket məhv edildi - Kim atıb?
10:23 Bu şəxslər yenidən həbs oluna bilər
10:21 Azərbaycanda Qurban bayramı qeyd olunur
10:17 Çinin yeni gizli döyüş təyyarəsi - Görün nələrlə təchiz edilib
10:15 Rusiya HƏRƏKƏTƏ KEÇDİ - Ukraynada kritik infrastrukturlar VURULUR
10:12 Paşinyanla keşişlərin amansız savaşı: Ermənistanda nə baş verir?
10:10 Bu günün hava proqnozu açıqlandı
10:07 Bakıda bayram namazı qılındı