hemle

Şəhid anasının harayları...

Tarix:26-02-2024, 23:24
Baxış Sayı:23

Şəhid anasının harayları...


Yer Gəzirəm.

Bəzən özümü, çox üzürəm,
Tənhalıqdan lap, çox bezirəm.
Dözmürəm fani bu dünyada,
Təklikdən məskən, yər gəzirəm.

Yalan güldürür, yaman məni,
Yersiz bezdirir, zaman məni.
Bu imtahana, tez düşürəm,
Təklikdən məskən, yər gəzirəm.

İnan, düzələn deyil hələ,
Üzümə gülən deyil hələ.
Canımı tez al, məndən əl çək,
Təklikdən məskən, yər gəzirəm.
Xatirə Xəyal 18.09.2023


Gələn yazıma

Mən şəhid anası dərdli qadınam,
vais olma çörəyimə duzuma.
Onsuzda baharım qışa dönübdü,
Səndə çən gətirmə gələn yazıma..

Çoxdan atılıbdı,bəxdimin püşkü,
indi lazım deyil,işimin püşkü.
Nəyimə lazımdır, kimsənin püşkü,
Gəl zəhər doğrama səndə ağzıma..
Xatirə Xəyal.29.10.2023.


Çəkə-çəkə

Ağardı saçlarım yaman qocaldım,
Kədəri,qüssəni bəl çəkə şəkə.
İtirdim həyatda əzizlərimi,
qalmışam gözlərim yol çəkə-çəkə.

Şükür bu günümə,bu saatıma,
tanrımın verdiyi deqiqə,anıma.
Yaxşılar var olsun,çatır dadıma,
Bu zəhəri ağzıma bal çəkə-çəkə..

Xatirə Xəyalam illər yorğunu,
Sevmişəm hər zaman,düzgün doğrunu,
bir təhər dəf edəm acı,ağrını,
fələk taleyimə qol çəkə-çəkə.
Xatirə Xəyal.04.11.2023..

Digər xəbərlər
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı
12:46 Sabunçu bazarında yanğın baş verdi - Video
12:28 Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
12:22 Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq
12:16 25 ilə insanlar 1000 il yaşaya biləcək
12:11 Ekspert qlobal istiləşmənin əsas səbəbini AÇIQLADI
12:04 Yeni bir 11 sentyabr hücumu planlaşdırılır? - Gizli hesabat