hemle

ABŞ vizası üçün müraciət edənlər üç il növbədə gözləyə bilər

Tarix:4-02-2021, 09:01
Baxış Sayı:299

ABŞ-ın eks-prezidenti Donald Tramp tərəfindən viza müraciətlərinə tətbiq olunan məhdudiyyətlər və koronavirus pandemiyası səbəbindən Birləşmiş Ştatlara giriş icazəsinin alınması xeyli çətinləşib.

“The New York Times” nəşrinin Dövlət Departamentinə istinadən yaydığı məlumata görə, viza məsələlərində vəziyyətin normallaşması bir neçə il çəkə bilər. Belə ki, hazırda birinci dərəcəli ailə üzvləri üçün viza növbəsində 380 min müraciət var.

“Əslində bu, elə də böyük rəqəm deyil. Əvvəllər hər il 500 min belə müraciətə baxılırdı. Lakin Tramp dövründəki məhdudiyyətlərdən sonra bu rəqəm dəfələrlə aşağı düşüb. İndi müraciətinizə baxılması 2-3 il çəkə bilər”, - deyə məlumatda bildirilir.

Qeyd olunur ki, ABŞ-da toplanan viza rüsumlarının ümumi həcmində də az qala 50%-lik azalma baş verib. İllik 3 milyard dollardan çox olan bu rəqəm 2020-ci ildə 1.4 milyar dollar azalıb.

Digər xəbərlər
13:20 Şəhid Mübariz Hüseynov dəfn olundu
11:25 “Azəriqaz” İstehsalat Birliyinin təşəbbüsü, Elm və Təhsil Nazirliyinin dəstəyi ilə tələbələrlə görüş keçirildi - VIDEO
10:08 50 yaşına qədər insult riskini iki dəfə artıran faktorlar
10:03 Birinci Kosmik Müharibəyə hazırlıq başladı - Yer orbitində peyklər VURULA BİLƏR
09:57 Rusiya və ABŞ fəlakət ssenarisinə hazırlaşır: Görün Marsda nə yaradacaqlar
09:52 Paşinyanın parlamentdə qəribə çıxışının səbəbi: son anda hansı xəbəri alıb?
09:39 Əsəd 500 min dolları və qiymətli əşyaları ölkədən belə çıxarıb
09:27 Azərbaycanlı haker xarici şirkətlərdən hansı məlumatları əldə edib və nə qədər pul qazanıb? - ŞOK FAKTLAR