hemle

Vəzifəsinin icrasına Trampın qərarlarının ləğvi ilə başlayacaq

Tarix:18-01-2021, 10:15
Baxış Sayı:332

ABŞ-ın yeni seçilmiş Prezidenti Co Bayden vəzifəsinin icrasına başladığı ilk gün hazırkı Prezident Donald Trampın bəzi qərarlarının ləğvini nəzərdə tutan imzalar atacaq.

hemlemedia.az “Anadolu” agentliyinə istinadən xəbər verir ki, yanvarın 20-də baş tutacaq andiçmə mərasimindən sonra müsəlman ölkələrə viza qadağasının ləğvi və ABŞ-ın yenidən Paris İqlim Sazişinə qayıtması gözlənilir. Bunlarla bağlı Baydenin qərarnamələri imzalayacağı bildirilir.

Baydenin həmçinin, koronavirus pandemiyası və bunun iqtisadiyyata mənfi təsirləri ilə mübarizədə 1,9 milyon dollarlıq iqtisadi dəstək paketini Konqresdən keçirərək təsdiqləyəcəyi vurğulanıb.

Digər xəbərlər
22:04 Bu əsgərlərlə görüşə məhdudiyyət qoyuldu
22:01 Yaxın beş ildə dünya tarixin ən isti ilini yaşayacaq
21:52 Pentaqon Çinin hücumundan qorxur: Bunu aşkar etmək çox çətin olacaq
21:46 Kartınızdakı pullar bu üsulla da oğurlana bilər - XƏBƏRDARLIQ
19:56 Rotterdamda “Qərbi Azərbaycana Qayıdışa Dəstək” adlı beynəlxalq tədbir keçirildi
15:13 Paşinyanın kilsə ilə müharibəsinin şifrələri: Azərbaycan amili niyə önəmlidir?
14:54 "WhatsApp"da yeni dövr: Sizi telefon nömrənizlə əlavə etməyən insanlar...
14:49 ABŞ-da sensasion tələb: Bu senator həbs edilsin, yoxsa III Dünya müharibəsi olacaq