Zəfər tariximiz yazılan 44 günlük Vətən Müharibəsindən sonra ictimaiyyətin, bir çox yerli icra hakimiyyətlərinin, qrup, təşkilat, media resurslarının şəhidlər haqında hazırlanan verlişləri, hətta bəzi mağazalar, marketlər, maşınlar, respublikamızın bütün istiqamətlərində yol boyu şəhid şəkillərinin vurulması qəlbimdə bu sevginin əbədiliyinə böyük inam yaradıb. Hər dəfə bu barədə düşünəndə qazanılan qələbəmizin xalqın birliyindən keçdiyinə əminliyim qəlbimi kövrəldib. Bu sevinc ruhumu göylərə qaldırıb.
Bu gündə, belə bir sevinc dolu qürur yaşadım.
Bakıdan çıxanda payızın səhər şəfəqləri altında yol yoldaşlarımız bir - birinə, - "bu gün yaxşı hava olacaq," - deyib, rahatlıqla yola düşdük. Artıq Qobustan rayonun ərazisinə çatanda günəşli havadan əsər-əlamət qalmamışdı. Göy üzü də sanki şəhidlərimizin ruhu qarşısında kövrəlmişdi. Bir gün əvvəl, 44 günlük zəfərin təntənəsini son akordun vuran bir günlük lokal, antiterror əməliyyatından sonra Ali Baş Komandanın Xankəndində, Xocalıda, Xocavənddə Azərbaycan bayrağının qaldırılması səhnəsi üçün sevinc dolu göz yaşları tökürdü, elə bil göy üzüdə...
Bu gün, Qobustan rayon İcra Hakimiyyəti Başçısı Adil Məmmədovun şəxsi təşəbbüsü, rayon İcra Hakimiyyəti Aparatının mükəmməl təşkilatçılığı, Qobustan rayon şəhid ailələrinin, qazilərinin iştirakı ilə Qobustan şəhidlərinə həsr olunmuş "QOBUSTAN ŞƏHİDLƏRİ" kitabının təqdimat mərasimi keçirildi. Kitabın müəllifi isə, gözəl şair, hüquq elmlər namizədi, şəhidlərimiz haqında bir neçə kitabın müəllifi, "İti Qələm"Respublika Ədəbi Birliyinin," Ağsu Yazarları" Ədəbi Birliyinin sədri, AYB, AJB üzvü, Prezident təqaüdçüsü Raqif Nazimoğludur...
Qobustan rayon İcra Hakimiyyətinin Başçısı Adil Məmmədov tədbirin başlanmasını Azərbaycan Himni ilə açıq elan etdi. Sonra torpaqlarımızın işğaldan azad edilməsi uğurunda gedən döyüşdə şəhid olan qəhrəmanlarımızın xatirəsini bir dəqiqəlik sükutla yad etdik.
Adil Məmmədov torpaqlarımızın işğaldan tam azad olunması haqqında danışarkən ölkə Prezidenti, müzəffər ordunun Ali Baş Komandanı İlham Əliyev Cənablarının Xankəndində bayrağımızı ucaldarkən xalqa müraciətini böyük qürur hissiylə çatdırdı. Sonra isə söz şəhid ailələrinə, qazilərə və SHXÇDX-nin rayon şöbəsinin rəisinə verildi. Çıxış edən hər bir şəxs, şəhidlərimiz qarşısında vətəndaş olaraq mənəvi borcumuzu olduğun vurğulayıb, şəhidlərimizin əbədiyaşarlığından danışdı.
Tədbir, Şəhid ailələrinə "QOBUSTAN ŞƏHİDLƏRİ" kitabının təqdimatıyla davam etdi.
Sonra isə, kitabın müəllifi Raqif Nazimoğlu çıxışını, hər bir şəhidmizin tale yazısından söz açaraq, İslam dininin banisi Məhəmməd Peyğəmbərin (s.ə.s) şəhidlik ucalığı haqında söylədiyi kəlamı xatırlamaqla bitirdi.
"CƏNNƏTƏ DAXİL OLAN HEÇ KƏS, HƏTTA BÜTÜN DÜNYANIN NEMƏTLƏRİ ONA VERİLSƏ BELƏ, CƏNNƏTDƏN ÇIXIB BİR DAHA BU DÜNYAYA QAYITMAQ İSTƏMƏZ. YALNIZ ŞƏHİD ALLAHDAN O QƏDƏR MÜKAFAT GÖRƏR Kİ, (bunların əvəzini vermək üçün) 10 DƏFƏ DÜNYAYA QAYIDIB ÖLDÜRÜLMƏYİ ARZU EDƏR".
MƏHƏMMƏD PEYĞƏMBƏR(s.ə.s)
Tədbirin sonunda, Qobustan rayon məktəblilərinin ifasında şəhidlərə həsr edilmiş şeirlər səsləndirildi.
Dövlət Himnin sədaları altında tədbir sona çatdı.
Bu xoş təəssürat altında şəhidlərimizə, bizə yaşatdıqları qürura görə Allahdan rəhmət diləyib, ruhlarına dualar etdik.
Elxas Comərd.
"İti Qələm"Respublika Ədəbi Birliyinin,
"Ağsu Yazarlar "Ədəbi Birliyinin üzvü.