hemle

“Azəriqaz” Tovuzda qaz borusunun partlaması barədə xəbərə aydınlıq gətirdi

Tarix:20-06-2020, 19:20
Baxış Sayı:364

Bu gün günorta saatlarında Tovuz rayonunda yol çəkilişi zamanı qaz borusunun partlaması barədə xəbər yayılıb.
Atəş at reporta istinadən xəbər verir ki, bu barədə “Azəriqaz” İstehsalat Birliyindən (İB) qeyd edilib ki, partlayışın birliklə hər hansı əlaqəsi yoxdur.

“Belə ki, rayonun Xatınlı kəndinin yaxınlığında yol genişləndirilməsi işləri aparılır. Bu işlə məşğul olan podratçı təşkilat dünən axşam saatlarında mövcud qaz xəttini yenisi ilə əvəzləyib, “Azəriqaz” İB-in Şəmkir Regional Qaz İstismarı İdarəsinə təhvil verib. Lakin qoşmadan sonra qaz axını yaxşı baş tutmayıb, yerli sakinlər qazın zəifliyindən şikayətləniblər. Ona görə də podratçı təşkilatdan qaz xəttinin dəyişdirilmiş hissəsinin yenidən yoxlanılılaraq gələn həftə təhvil verilməsi tələb olunub. Bundan sonra isə iyunun 20-də səhər saat 09:00 radələrində qaz təchizatı dayandırlıb.

Podratçı təşkilat isə elə bu gün saat 16:00 radələrində “Azəriqaz” İB-in Şəmkir Regional Qaz İstismarı İdarəsinə hər hansı məlumat vermədən, qoşma aparılan hissədə özbaşına hansısa işləri icra edib. Ona görə də səhlənkarlıq ucbatından partlayış qeydə alınıb", - deyə xəbərdə bildirilir.

"Qeyd edək ki, diametri 159 mm olan qaz xəttinin təqribən 500 metrlik hissəsi yol tikintisi ilə məşğul olan podratçı təşkilat tərəfindən polietilen boru ilə əvəzlənəcəkdi. Bu xətt Tovuz rayonunun Xatınlı, Qaraxanlı və Cilovdarlı kəndlərinin 2 minə yaxın abonentinin qaz təchizatı üçün nəzərdə tutulub. Hazırda podratçı təşkilat qaz xəttini tam təhvil verə bilmədiyindən, Şəmkir Regional qaz istismarı İdarəsi köhnə xətti bərpa etməklə qaz təchizatının həyata keçirilməsi ilə məşğuldur”, - xəbərdə əlavə edilir.

Digər xəbərlər
15:21 Dövlət işləməyən şəxslərə pensiya verəcək - AÇIQLAMA
15:18 Binalardakı artırmalar sənədləşdirilə bilər? - AÇIQLAMA
15:09 Tələbələrə ŞAD XƏBƏR: Təqaüdlər artacaq
15:03 Pediatr: "Valideynlər uşaqların qida seçiminə müəyyən yaşa qədər müdaxilə edə bilərlər"
14:55 Sabah Bakıda aramsız leysan yağacaq
14:50 "Azəristilik"dən şad xəbər: İstiliyin verilməsi tarixi uzaldıldı
14:46 I sinfə qəbul prosesində YENİLİK - Mayın 1-dən...
14:38 Ermənistan Minsk Qrupunu ləğv etməyə hazırdır, amma... - Paşinyan nədən qorxur?