Rusiya Prezidenti Vladimir Putin Çinə iki günlük səfərə gedir. Rusiya lideri il yarımda ilk dəfə bu ölkəyə səfər edəcək - bundan əvvəl o, 2022-ci ilin fevralında Qış Olimpiya Oyunlarının açılışında Çində olmuşdu.
hemlemedia.az TASS agentliyinə istinadla xəbər verir ki, Pekində Rusiyanın dövlət başçısı “Bir kəmər, bir yol” beynəlxalq forumunda iştirak edəcək, həmçinin bu forum çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirəcək.
“Bir kəmər, bir yol” konsepsiya 2013-cü ildə Çinin Sədri Si Cinpin tərəfindən çoxtərəfli ticarət və investisiya layihələrinin genişləndirilməsi üçün təklif edilib. Artıq 150-dən çox dövlət və 30-dan çox beynəlxalq təşkilat ona qoşulub.
Üçüncü dəfə keçirilən forumun şüarı “Bir Kəmər və Yol Təşəbbüsü çərçivəsində yüksək keyfiyyətli əməkdaşlıq: birgə inkişaf və tərəqqiyə doğru”dur.
Ümumilikdə, ilkin məlumatlara görə, forumda 23 ölkənin lideri iştirak edəcək.