hemle

Çin lideri Hindistanda keçiriləcək G20 sammitində iştirak etməyəcək

Tarix:4-09-2023, 20:25
Baxış Sayı:3 071

ABŞ Prezidenti Cozef Bayden Çin lideri Si Cinpin bu həftə Hindistanda keçiriləcək G20 sammitində iştirak etməməsindən məyusluğunu bildirib.

Xalq Respublikasının sədri Si Cinpin sentyabrın 9-10-da Hindistanın paytaxtı Yeni Dehlidə keçiriləcək G20 Liderlərinin Sammitində iştirak etməyəcək.

Xarici İşlər Nazirliyinin sözçüsü Mao Ning paytaxt Pekində keçirdiyi gündəlik mətbuat konfransında ölkəsini Baş nazir Li Çianqın təmsil edəcəyini açıqlayıb.

G20-ni qlobal iqtisadi və maliyyə əməkdaşlığı üçün mühüm forum kimi gördüklərini ifadə edən Mao bu dəfə Baş nazir Li Çianqın sammitdə Çin nümayəndə heyətinə rəhbərlik edəcəyini qeyd edərək, G20-nin beynəlxalq iqtisadi əməkdaşlıq və qlobal inkişaf baxımından rolunu vurğulayıb.

Si Cinpin G20 liderlərinin sammitlərinin hər il keçirildiyi 2008-ci ildən bu yana görüşlərə şəxsən qatılmayan ilk Çin prezidenti olacaq.

Sözçüsü Mao Çinin sammitdən gözləntiləri ilə bağlı deyib:

“Biz ümid edirik ki, G20 dünya iqtisadiyyatında təzyiqlərin hiss olunduğu və inkişafda yeni çağırışların yarandığı bir vaxtda iqtisadi canlanma və davamlı artım üçün konsensusa nail olacaq və ümumi rifah və inkişaf mesajı verəcək”.

Digər tərəfdən, ABŞ Prezidenti Cozef Bayden Çin lideri Si Cinpin bu həftə Hindistanda keçiriləcək G20 sammitində iştirak etməməsindən məyusluğunu bildirib.

Bununla belə, ABŞ Prezidenti Si Cinpin ilə görüşmək niyyətində olduğunu qeyd edib.

Digər xəbərlər
18:07 Ermənistanın xarici dövlət borcu artıb
18:05 Sürücülər silinən zolağa görə 3 bal və 100 manat cərimələnirlər - AÇIQLAMA
17:13 Alimlərdən Yerin dərinliklərindən fəlakət xəbərdarlığı
17:11 Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
17:07 Kiyevə dron hücumu: 10-dan çox yaralı var
17:05 “Bakı Marafonu 2025”in qalibləri müəyyənləşdi
17:03 Sürücülərin nəzərinə!
16:59 Deputat Azər Badamov Moskva aeroportunda saxlanıldı - Deportasiya edildi