hemle

Zelenski G20 sammitinə dəvət edilməyəcək

Tarix:8-06-2023, 14:10
Baxış Sayı:100

Ukrayna nümayəndə heyəti və prezident Volodimir Zelenski şəxsən Yeni Dehlidə keçiriləcək G20 sammitinə dəvət edilməyəcək.

Bu barədə Hindistanın xarici işlər naziri Subramanyam Caişankar brifinq zamanı bildirib.

Onun sözlərinə görə, iclasda yalnız G20-nin üzvləri, eləcə də Hindistanın dəvət etdiyi dövlətlər iştirak etməlidir: "Fikrimizcə, sammitdə G20-yə üzv dövlətlər, eləcə də dəvət etdiyimiz ölkələr və təşkilatlar iştirak edir. Biz G20-yə sədrlik edəndən dərhal sonra qonaqların siyahısını açıqladıq. Bu, yenidən nəzərdən keçirilən bir sual deyil. Və bu, heç kimlə müzakirə etmədiyimiz bir məsələdir".

Qeyd edək ki, sentyabrın 9-10-da Yeni Dehlidə G20 liderlərinin sammiti keçiriləcək, bundan sonra Hindistan sədrliyi Braziliyaya təhvil verəcək.

Digər xəbərlər
22:18 Müavinət və təqaüd alanlara şad xəbər: Növbəti artım...
22:17 Bakı metrosunda ediləcək dəyişikliklərlə bağlı daha bir rəsmi açıqlama
22:14 Azad olunmuş ərazilərə bu il nə qədər pul xərclənib?
22:11 İlham Əliyev “Sea Breeze”dəki layihələrlə tanış oldu
22:06 Bu məlumatlarınız təhlükədə ola bilər - RƏSMİ XƏBƏRDARLIQ
22:03 Babayan Xocalı soyqırımında iştirak etdiyini məhkəmədə etiraf etdi
22:02 Nazirliyin lisenziya vermədiyi plastik cərrahlar - Onların taleyi necə olacaq?
21:58 “Azəriqaz” İB-nin baş direktoru Bərdə və Tərtər sakinlərinin müraciətlərini dinlədi