hemle

Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür

Tarix:Bu gün, 17:11
Baxış Sayı:455



Bu gün Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür.

Arəstə Kərim qızı Baxışova 4 may 1989-cu ildə Xaçmaz şəhərində doğulub.

Atası baş leytenant Kərim Baxışov Fövqəladə Hallar Nazirliyində Mühafizə İdarəsinin rəisi vəzifəsində çalışıb və Arəstənin dörd yaşı olarkən vəfat edib.

Arəstə Baxışova 1995-2004-cü illərdə Biləcəri qəsəbəsində yerləşən Şuşa şəhər 3 nömrəli tam orta məktəbdə təhsil alıb. 2004-2008-ci illərdə isə Azərbaycan Dövlət Pedaqoji Kollecində ingilis dili üzrə təhsil alıb. 2018-19-cu illərdə Azərbaycan Silahlı Qüvvələrinin Baş Hərbi Hospitalında tibbi statist olaraq çalışıb. 2019-cu il iyulun 12-dən isə Azərbaycan Silahlı Qüvvələrinin "N" saylı hərbi hissəsində operator vəzifəsində xidmət edib.

Arəstə Baxışova Vətən müharibəsi zamanı Füzulinin, Zəngilanın və Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralı hərbçilərə döyüş meydanında tibbi yardım göstərib. O, 23 oktyabr tarixində Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. Biləcəri qəsəbəsinin Şəhidlər xiyabanında dəfn olunub.

Prezident İlham Əliyevin sərəncamına əsasən, ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.

Vətən müharibəsinin tək qadın şəhidi olan Arəstənin Mərdan adında oğlu və Zəhra adında qızı yadigar qalıb.

Digər xəbərlər
18:07 Ermənistanın xarici dövlət borcu artıb
18:05 Sürücülər silinən zolağa görə 3 bal və 100 manat cərimələnirlər - AÇIQLAMA
17:13 Alimlərdən Yerin dərinliklərindən fəlakət xəbərdarlığı
17:11 Vətən müharibəsinin tək qadın şəhidi Arəstə Baxışovanın doğum günüdür
17:07 Kiyevə dron hücumu: 10-dan çox yaralı var
17:05 “Bakı Marafonu 2025”in qalibləri müəyyənləşdi
17:03 Sürücülərin nəzərinə!
16:59 Deputat Azər Badamov Moskva aeroportunda saxlanıldı - Deportasiya edildi