hemle

“Rəşadət” ordenli şəhidimizin doğum günüdür

Tarix:5-02-2025, 09:00
Baxış Sayı:501

Şəhid Samir İslamovun doğum günüdür.

Azərbaycan Silahlı Qüvvələrinin kapitanı olan Samir İslamov 5 fevral 1983-cü ildə Sumqayıt şəhərində anadan olub.

O, 1997-2000-ci illərdə Cəmşid Naxçıvanski adına Hərbi Liseydə, 2000-2004-cü illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində təhsil alıb və 2004-cü ildən etibarən leytenant rütbəsi ilə ordu sıralarında xidmət etməyə başlayıb. 2007-ci ildə baş leytenant, 2014-ci ildə isə kapitan rütbəsi alıb.

2016-cı ilin Aprel döyüşlərinin də iştirakçısı olan Samir İslamov 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Talış qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb və oktyabrın 9-da bu istiqamətdə döyüş tapşırığını yerinə yetirərkən qəhrəmancasına şəhid olub.

Samir İslamov ölümündən sonra “Vətən uğrunda”, “Hərbi xidmətlərə görə”, “Suqovuşanın azad olunmasına görə” medalları və 3-cü dərəcəli “Rəşadət” ordeni ilə təltif edilib.

Digər xəbərlər
08:33 Hansı hallarda şəxsə təyin edilmiş cəzadan daha yüngül cəza təyin edilə bilər?
08:30 Ən ağıllı insanlar bu qan qrupundan olurlar
08:25 "Nissan" Yaponiyadakı zavodlarını bağlayacaq
08:20 Robotlar artıq insanı təqlid etməyə yox, anlamağa başlayır
08:17 Hər il 8 milyon insan tütün səbəbindən ölür - Qlobal statistika açıqlandı
08:15 Alimlər Marsda həyatın olması ilə bağlı məşhur fərziyyələrdən birini təkzib ediblər
08:11 Miqren ağrıları zamanı bu qida və içkilər köməyə gələ bilər
08:08 Ağdamın Kəngərli kəndinə növbəti köç karvanı yola salındı