"Son 20 ildə tütünçəkmənin qlobal yayılması 30 faiz azalıb".
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus məlumat verib.
Onun sözlərinə görə, bu nəticələr 20 il əvvəl qəbul edilmiş Tütünə qarşı mübarizə haqqında Çərçivə Konvensiyası sayəsində mümkün olub.
Baş direktor bildirib ki, ötən 20 ildə dünyada tütünçəkmənin yayılması təxminən üçdə bir dəfə azalıb və hazırda tütün istifadəçilərinin sayı 300 milyon nəfər azdır.
Qeyd edək ki, hər il səkkiz milyondan çox insan tütündən istifadə nəticəsində həyatını itirir.