hemle

BU KƏNDDƏ 10 İLDİR OĞLAN DOĞULMUR — SƏBƏBİ…

Tarix:11-05-2020, 19:37
Baxış Sayı:450

2010-cu ildən bəri yalnız qızların doğulduğu Polşanın Meiscye-Odjanske kəndində on ildə ilk dəfə bir oğlan uşağı dünyaya gəlib.

ONN media xəbər verir ki, 2019-cu ilin avqust ayında kəndin bələdiyyə başçısı Rajmund Frişkonun oğlan uşağının doğulması üçün mükafat vəd etdiyi zaman bütün dünyada məşhurlaşmışdı. Bu hadisədən 10 ay sonra 2020-ci il mayın 2-də kənddə oğlan uşağı doğulub. Körpənin valideynləri Meiscye-Odjanskedə yaşayan Anna və Qjeqoj Milekdir. Cütlük körpə Bartek adını verib.

Frişko “New York Times”a verdiyi müsahibəsində uşağın valideynlərinə vəd etdiyi hədiyyənin nə olduğunu açıqlamayıb. Ancaq çoxdan gözlənilən körpənin şərəfinə küçələrin birinə onun adının verilməsi barədə düşündüyünü söyləyib.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir