hemle

MOSKVADA REKORD SAYDA ÖLÜM QEYDƏ ALINDI

Tarix:11-05-2020, 17:16
Baxış Sayı:348

Rusiyanın paytaxtı Moskvada aprel ayında son onilliyin rekord ölüm faizi qeydə alınıb.

ONN media xəbər verir ki, bu barədə məlumat Moskva meriyasının bilgi bazasında yer alıb.

Statistikaya görə, 2020-ci ilin aprel ayında paytaxtda 11 846 ölüm hadisəsi qeydə alınıb. Bu, 2010-cu ildən bəri qeydə alınmış ən yüksək göstəricidir.

Müqayisə üçün, ötən ilin eyni dövründə 10 005 ölüm qeydə alınmışdı. Beləliklə, ölüm səviyyəsi keçən ilə nisbətən 15,5% artıb.

Bundan başqa, 2010-cu ildən 2019-cu ilədək aprel ayında qeydə alınmış ölüm hallarının orta sayı 9 866 nəfər təşkil edib. Bu, 2020-ci ilin aprel ayında qeydə alınmış ölüm hadisələrindən 20% azdır.

Qeyd edək ki, son məlumata görə, Moskvada pandemiya qurbanlarının sayı 1 124 nəfərdir. Son sutkada isə bu rəqəm 56 nəfər təşkil edib. Paytaxtda indiyədək 115 909 nəfərə COVID-19 diaqnozu qoyulub. Bu göstəriciyə görə şəhər Çin və İranı qabaqlayır.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
21:49 Ev "apteçka"sındakı 5 ən təhlükəli dərman AÇIQLANDI
21:44 Sərhəddə nə baş verir? - Tovuz rayonu istiqamətində..
21:42 "Kartdan karta" köçürmə edənlərin DİQQƏTİNƏ
21:39 “Hər iki dəqiqədə bir hamilə qadın ölür”: ÜST-dən dəhşətli statistika
21:34 David Babayandan daha bir etiraf: Sadə pasportlarımız kimi, diplomatik pasportlar da...
21:32 Xəzərə tullantı su axıdan qurum cəzalandırıldı
21:29 İran nüvə silahı yaratmaq niyyətindən danışıb: Heç vaxt...
21:26 BMT-dən Qarabağdakı mina partlayışlarına reaksiya