hemle

Texniki baxış zamanı ən çox aşkarlanan çatışmazlıqlar açıqlanıb

Tarix:16-10-2023, 18:16
Baxış Sayı:909

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin Zabratda yerləşən Texniki Baxış və Müayinə Mərkəzi texniki baxışa gələn nəqliyyat vasitələrində ən çox aşkarlanan çatışmazlığı açıqlayıb.

Mərkəzim baş dövlət avtomobil müfəttişi polisi mayoru Kamal Əhmədli bildirib ki, texniki baxışa gələn nəqliyyat vasitələrinin böyük əksəriyyətində əyləc sistemi nasazlığı olur:

“Texniki Baxış və Müayinə Mərkəzindən 12 buraxılış qapısında sürücülərə xidmət edir. Hər buraxılış qapısından eyni anda 4 nəqliyyat vasitəsinin baxışı həyat keçirilir. İlk növbədə nəqliyyat vasitəsi buraxılış məntəqəsinə daxil olarkən yanğınsöndürən, tibb çantası və qəza dayanma nişanı ilə təchiz edilməlidir. Bütün bunlar Nazirlər Kabinetinin müvafiq qaydasına uyğun yerli-yerində olmalıdır. Yanğınsöndürən vasitə minik avtomobili üçün 2 litr, yük avtomobillərində isə 4 litr olmalıdır.

Texniki baxış zamanı ən çox aşkarlanan çatışmazlıqlar açıqlanıb

Müayinə xəttinə girən avtomobildə işlənmiş qazların xaricetmə sisteminin qaydasında olması yoxlanılır. Daha sonra nəqliyyat vasitəsinin faralarının texniki tələblərə uyğunluğu yoxlanılır. Bu, günün qaranlıq saatlarında hərəkətdə olarkən sürücünün yolu daha rahat görməsi, nəqliyyat vasitəsini müvafiq zolaq üzrə təhlükəsiz idarəetməsinə kömək edir.

Əksər hallarda sürücülər nəqliyyat vasitələrini texniki baxışa gətirəndə avtomobilin xarici hissələrinin zədəli formada olması, təkər şinlərinin, əyləc sistemlərinin nasaz olması qeydə alınır. Ban hissələrinin zədəli olması yoxlanılır, mühərrik, şassi nömrələrinə baxılır, texniki şəhadətnamə ilə eyniləşdirilir. Əgər nömrələr fərqlidirsə, o avtomobil dərhal uzaqlaşdırılır”.

Polis mayoru Kamal Əhmədli onu da qeyd edib ki, bir neçə dəfə texniki baxış zamanı əyləc şlanqının cırıldığı aşkarlanıb:

“Bu hallar çox risklidir. Biz bunu aşkarlamasaq, sürücü bilməyəcəkdi və yollarda bədbəxt hadisə baş verə bilərdi. Bütün yoxlamalar tamamlandıqdan sonra yekunda nəqliyyat vasitəsinin vəziyyətinin istismara yararlı olub-olmadığı barədə rəy yazılır.

Daha sonra sürücülər müvafiq olaraq aidiyyəti üzrə pəncərələrə yaxınlaşaraq sənədlərini götürürlər”.

Digər xəbərlər
15:20 Anlaşma Memorandumu imzalanıb
10:19 Şəhid ailələrinə güzəştlərin tətbiqi qaydaları dəyişdi
10:12 Ticarət obyektləri BAĞLANDI: 200-dən çox insan İŞSİZ QALDI
10:09 Ankaranın sərt mövqeyindən sonra ABŞ GERİ ÇƏKİLDİ - "S-400"lərin taleyi ilə bağlı YENİLİK
10:03 Tramp və Bayden həmin sənədi imzaladılar - Kritik hazırlıq başladı
10:00 İsrail-Livan razılaşması: Tərəflər hansı öhdəlikləri götürüblər?
09:57 Pensiya sistemi ilə bağlı MÜHÜM TƏKLİF: Qəbul olunsa...
09:52 Paşinyan KTMT-dən çıxmaq və Rusiya ilə münasibətləri pozmaq fikrindən daşınıb?