hemle

Kadırov 25 yaşılı qızına yüksək vəzifə verdi

Tarix:3-10-2023, 08:14
Baxış Sayı:56

Çeçenistan rəhbəri Ramzan Kadırov 25 yaşlı qızı Ayşata yüksək vəzifə verib.

Bu barədə o, özünün teleqram kanalında məlumat yayıb.

O qeyd edib ki, qızı Çeçenistan baş nazirinin sosial məsələlər üzrə müavini təyin edilib.

“Çeçenistan Respublikası hökuməti ilə geniş tərkibdə görüş keçirdim. İclas zamanı Baş nazir Müslüm Xuçiyev Ayşat Kadırovanın Çeçenistan Respublikası Hökuməti sədrinin sosial blok üzrə müavini vəzifəsinə təyin edilməsi təklifi ilə çıxış edib”, - deyə Kadırov yazıb.

Onun sözlərinə görə, Çeçenistan baş nazirinin keçmiş müavini Musa Dadayev sonradan regional Mədəniyyət Nazirliyinə rəhbərlik edəcək.

Aişat Kadırova Ramzan Kadırovun böyük qızıdır, onun 25 yaşı var. O, 2021-ci ilin oktyabrından Çeçenistanın mədəniyyət naziri, 2020-ci ildən respublikanın mədəniyyət nazirinin müavini vəzifəsində çalışıb. 23 iyun 2022-ci ildə o, Çeçenistanın Birinci Prezidentinin ordeni ilə təltif edilib. Bu ilin sentyabrında Kadırova “Milli mədəniyyətin və incəsənətin inkişafındakı xidmətlərinə” və “Uzun illər səmərəli yaradıcılıq fəaliyyətinə” görə ikinci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.

Digər xəbərlər
22:41 Telefonla ödəniş edənlərin DİQQƏTİNƏ: NFC ilə pullarınızı belə oğurlayırlar
22:36 DİN-dən avtobus zolağına daxil olan sürücülərə xəbərdarlıq
22:13 İstanbuldakı zəlzələyə görə məktəblərdə 2 günlük tətil elan edildi
22:07 Afterşoklar davam edir: İstanbulda gecəni harada keçirmək olar?
22:05 İstanbulda güclü zəlzələ: xəsarət alanların sayı artdı - YENİLƏNDİ
12:47 Pensiya təyin edilməyibsə, hara müraciət edilməlidir? – CAVAB
12:43 Londondakı mühüm görüş dalana dirəndi: Zelenskinin bu açıqlamasına görə
12:39 Xəzər 2050-ci ilədək kritik səviyyəyə düşə bilər