hemle

İran universitetlərindən birində Azərbaycan dili və ədəbiyyatı fənninin tədrisinə icazə verilib - ATƏŞ.AZ

Tarix:8-01-2017, 21:20
Baxış Sayı:512

Urmiya Universitetində Azərbaycan dili və ədəbiyyatı fənninin tədrisi üçün müvafiq icazə alınıb.
APA-nın Tehran bürosunun məlumatına görə, bunu jurnalistlərə açıqlamasında Urmiya Universitetinin rektoru Rəhim Hubnəqi bildirib.
R.Hubnəqi deyib ki, gələn semestrdən universitetdə Azərbaycan dili və ədəbiyyat fənni üzrə 2 dərs tədris olunacaq. Azərbaycan dili dərsində iştirak könüllü olacaq.

Qeyd edək ki, Urmiya Universitetində 16 min 826 tələbə təhsil alır. Bu universitetdə müxtəlif sahələr üzrə 87 fənn üzrə dərslər keçirilir. Universitetin 487-dən çox müəllim-professor heyəti var.
Xatırladaq ki, 5 ay öncə İran Təhsil və Qiymətləndirmə Təşkilatı ilk dəfə olaraq 2016-2017-ci tədris ilində universitetlərin qəbul imtahan proqramına Azərbaycan dili və ədəbiyyatı fənnini də əlavə edib. Humanitar fənlər üzrə tələbə qız və oğlanların 2016-2017-ci tədris ilində Azərbaycan dili fənni üzrə də təhsil ala biləcəkləri açıqlanıb. Azərbaycan dili və ədəbiyyatı fənni universitetlərdə bakalavr pilləsi üzrə tədris olunacaq.

İran Konstitusiyası 15 və 19-cu maddələrində ana dilində tədris məsələsini nəzərdə tutur. Lakin bu iki maddə uzun illərdir ki, icra olunmayıb. Prezident Həsən Ruhaninin rəhbərlik etdiyi hökuməti bu maddələrin icrasına başlayıb.

Digər xəbərlər
15:21 Dövlət işləməyən şəxslərə pensiya verəcək - AÇIQLAMA
15:18 Binalardakı artırmalar sənədləşdirilə bilər? - AÇIQLAMA
15:09 Tələbələrə ŞAD XƏBƏR: Təqaüdlər artacaq
15:03 Pediatr: "Valideynlər uşaqların qida seçiminə müəyyən yaşa qədər müdaxilə edə bilərlər"
14:55 Sabah Bakıda aramsız leysan yağacaq
14:50 "Azəristilik"dən şad xəbər: İstiliyin verilməsi tarixi uzaldıldı
14:46 I sinfə qəbul prosesində YENİLİK - Mayın 1-dən...
14:38 Ermənistan Minsk Qrupunu ləğv etməyə hazırdır, amma... - Paşinyan nədən qorxur?