hemle

İlham Əliyev Braziliyanın dövlət başçısını təbrik etdi

Tarix:7-09-2023, 12:40
Baxış Sayı:58

Prezident İlham Əliyev Braziliya Federativ Respublikasının Prezidenti Luiz İnasio Lula da Silvaya təbrik məktubu ünvanlayıb.

Məktubda deyilir:

"Hörmətli cənab Prezident,

Braziliya Federativ Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə Sizə və Sizin simanızda bütün xalqınıza öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi çatdırıram.

Bu il Azərbaycan ilə Braziliya əlamətdar ildönümünü – diplomatik münasibətlərin qurulmasının 30 illiyini qeyd edəcəkdir. İnanıram ki, birgə səylərimizlə dövlətlərarası əlaqələrimiz xalqlarımızın mənafelərinə uyğun olaraq həm ikitərəfli qaydada, həm də beynəlxalq təsisatlar çərçivəsində bundan sonra da dostluq və əməkdaşlıq məcrasında inkişaf edəcəkdir.

Bu bayram günündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, işlərinizdə uğurlar, xalqınıza daim əmin-amanlıq və rifah diləyirəm".

Digər xəbərlər
22:41 Telefonla ödəniş edənlərin DİQQƏTİNƏ: NFC ilə pullarınızı belə oğurlayırlar
22:36 DİN-dən avtobus zolağına daxil olan sürücülərə xəbərdarlıq
22:13 İstanbuldakı zəlzələyə görə məktəblərdə 2 günlük tətil elan edildi
22:07 Afterşoklar davam edir: İstanbulda gecəni harada keçirmək olar?
22:05 İstanbulda güclü zəlzələ: xəsarət alanların sayı artdı - YENİLƏNDİ
12:47 Pensiya təyin edilməyibsə, hara müraciət edilməlidir? – CAVAB
12:43 Londondakı mühüm görüş dalana dirəndi: Zelenskinin bu açıqlamasına görə
12:39 Xəzər 2050-ci ilədək kritik səviyyəyə düşə bilər