hemle

PANDEMİYA DÖVRÜNDƏ QİYMƏTLƏR BAHALAŞACAQMI?

Tarix:6-05-2020, 14:31
Baxış Sayı:432

“Əgər manatın məzənnəsində dəyişiklik baş verərsə, bu, yerli istehsalın maya dəyərinin çox ciddi şəkildə artmasına gətirib çıxaracaqdır”.

Bu sözləri açıqlamasında iqtisadçı-ekspert Rəşad Həsənov bildirib.

Onun sözlərinə görə, qiymət artımları qaçılmazdır: “Burada bir neçə istiqamət üzrə qiymətlərdə təzyiqlər yaranıb. Birincisi, dünya səviyyəsində istehsal prosesi pandemiya əleyhinə tədbirlər nəticəsində geri düşüb, bir çox istiqamətlər üzrə dayanıb. İstehsalın dayanması təklifin azalmasına gətirib çıxarır, bu da dolayısı ilə idxal olunan məhsullarda qiymət artımlarını, inflyasiyanı Azərbaycan bazarına gətirib çıxaracaqdır. Çünki ölkəmiz idxaldan asılı ölkədir. Birmənalı şəkildə ərzaq təminatı və ailə təsərrüfatlarının istehlak etdiyi məhsul növləri üzrə idxaldan asılıyıq. Buna görə də bu istiqamətlərdə qiymətlər artacaqdır.

İkincisi, Azərbaycan bazarında indiki şərtlər daxilində kifayət qədər liberallıq yoxdur. Bu da bazarda mövcud olan sahibkarlıq subyektlərinin yaranmış imkanlardan istifadə etməsinə şərait yaradır. Yəni qıtlıqdan, məhsul çatışmazlığından istifadə edərək qiymətləri daha yüksək səviyyəyə çatdırmaq və ya yüksək marja tətbiq etmək cəhdləri olacaqdır. Bu özü də qiymət artımına gətirib çıxaran səbəblərdən biridir.

Üçüncüsü, yerli istehsalımızın özü xammal baxımından idxaldan asılıdır. Xüsusilə də əgər manatın məzənnəsində dəyişiklik baş verərsə, bu, çox ciddi şəkildə yerli istehsalın maya dəyərinin artmasına gətirib çıxaracaqdır. Beləliklə də yerli istehsal üzrə qiymətlər bahaşlacaqdır.

Dördüncüsü, bu gün pandemiya ilə əlaqədar tədbirlər çərçivəsində karqo və daşıma xidmətləri kifayət qədər artıbdır. Burada sahibkarlıq subyektləri üçün həm tələb olunan zaman, həm də xətlər artıbdır. Növbəti aylarda artıq qeyd edilən xərclər də məhsulun maya dəyərinə daxil olmaqla, son istehlakçı qiymətlərinin daha yüksək şəkildə təqdim olunması üçün zərurət yaradacaqdır. Görünən budur ki, növbəti aylarda da qiymət artımlarının proqnozlaşdırılandan daha yüksək olacağını müşahidə edəcəyik.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir