hemle

190 manata görə pozulan karantin: Kapital bankın qarşısında görünməyən sıxlıq yarandı -

Tarix:28-04-2020, 22:36
Baxış Sayı:477

Dövlət tərəfindən karantin dövründə işsizlərə verilən 190 manatın ödənişi ilə bağlı plastik kartların verilməsi bank filialları qarşısında böyük sıxlıq yaradıb. Musavat.com-un reportyoru bu gün Kapital Bankın Nizami rayonunda yerləşən “Neftçilər” filialının önündə yüzlərlə insanın toplaşdığının şahidi olub.

Qeyd edək ki, toplaşanların əksəriyyəti əlcək və tibbi maskadan da istifadə etməyərək sıxlaşıblar, aralarında nəinki 2 metr , heç 20 sm məsafə də yoxdur. Hökumətin koronavirusla bağlı tədbirlər həyata keçirdiyi, sosial təcrid elan etdiyi bu günlərdə yaşanan bu mənzərə bütün görülən işləri kölgəyə qoyacaq bir yoluxma tendensiyasının başlanğıcı ola bilər. Növbə gözləyən insanların bir qismi bu durumdan narahat olsa da, bəziləri heç nədən qorxmadıqlarını deyiblər. Bankın mühafizəçisi bir neçə dəfə bayırda duranlara, “məsafə saxlayın” desə də, faktiki olaraq 300-400 nəfər insanın 2 metr məsafə saxlaması üçün şərait də olmayıb. Bank filialı avtomobil yolunun kənarında yerləşdiyindən, insanlar səkidə sıxlaşmağa məcbur olublar.



Digər xəbərlər
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ
14:41 Bu ziyarətgaha gedənlərə şad xəbər
14:38 Sürücülük vəsiqəsi ilə bağlı MÜHÜM YENİLİK
14:35 NATO Mərkəzində Azərbaycan bayrağı qaldırıldı
14:33 Rusiya-Almaniya müharibəsi başlayır? - Çin xəbərdarlıq etdi
14:30 “Yeniyetmələri azərbaycanlılar qaçırıb” iddiasına Ermənistandan rəsmi reaksiya gəldi
14:27 İsrail İranın gizli planını açıqladı: hücum üçün görün hansı ölkədən dəstək alıblar
14:23 Leyla Əliyevanın təşəbbüsü ilə ailələrə qurban paylarının çatdırılması davam edir