hemle

“190 MANATIN VERİLMƏSİ İLƏ BAĞLI ŞƏRTLƏR DƏYİŞİR? – RƏSMİ

Tarix:20-04-2020, 21:07
Baxış Sayı:475

“İşsiz və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal məşğul aztəminatlı şəxslərə birdəfəlik vəsaitin (190 manat) verilməsi ilə bağlı şərtlərin yumşalması məsələsi yoxdur”.

ONN media xəbər verir ki, bunu Dövlət Məşğulluq Xidmətinin rəisi Mustafa Abbasbəyli “ASAN Radio”ya müsahibəsində deyib.

Onun sözlərinə görə, birdəfəlik ödəmənin alınması üçün iki əsas meyar var:
Daha 30 min şəxs üçün birdəfəlik vəsait köçürüldü
“Birincisi meyar ondan ibarətdir ki, vətəndaş işsiz statusuna uyğun gəlməlidir. 190 manatlıq birdəfəlik vəsaiti almaq üçün ikinci əsas meyar isə odur ki, ailədə ər və ya arvad dövlətdən hər hansı bir digər ödənişləri (pensiya, müavinət, təqaüd və digər bənzər ödənişlər) almamalıdır. Müraciət edən şəxslər bu iki meyardan keçərlərsə, onlara 190 manatlıq birdəfəlik vəsait təyin olunur və ödənilir”.

ONN İnformasiya Agentliyi

Digər xəbərlər
17:14 Amerikalı alimlər qrip və herpesdən qoruyan saqqız yaradıblar
17:09 Pulsuzluq infarkt ehtimalını dəfələrlə artırır - Elmi araşdırma...
17:05 Bakı üçün yeni təklif: Ankara və Təl-Əviv razılaşdı, növbədə Tehrandır?
17:02 Mayda bu tarixlərdə iş olmayacaq
17:00 Bu 8 QİDA qanda şəkəri tez azaldır
16:58 Külli miqdarda narkotikin İrandan Azərbaycana gətirilməsinin qarşısı alındı
16:56 Azərbaycan Qərbin planlarını puç etdi - Bayramov
16:54 Sabah Bakıya yağış yağacaq - Proqnoz