hemle

Adına torpaq varsa, yardım ala bilməyəcək – Nazir

Tarix:10-04-2020, 09:08
Baxış Sayı:359

Baş nazirin 7 aprel tarixli qərarı ilə işsizlər üçün birdəfəlik ödəmənin verilməsi təsdiq olunub. Bu şəxslər heç bir iş yeri və qazancı olmayan əmək qabiliyyətli şəxslərdir.
Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev Real TV-nin “Mir Şahin vaxtı” verilişinə müsahibəsində deyib.
Nazir dəstək paketinin mahiyyətindən danışıb:
“Cənab Prezident tərəfindən bir milyard manat dövlət büdcəsindən, iki milyard manat isə digər mənbələrdən olmaqla ümumilikdə 3 milyard vəsait ayrılıb. Bu vəsaitlər müxtəlif sosial məşğulluq qurumları arasında bölüşdürülmüşdür. Sırf sosial və məşğulluq qurumlarına ayrılan büdcə 400 milyon manatdır. Bəhs etdiyim 400 milyon manat əmək müqaviləsi ilə işləyən, hazırda işsiz olan, iş yerlərini itirən və xüsusi həssas qruplara aid olan şəxlərə veriləcək.
Bu gün VÖEN əsasında fəaliyyət göstərən şəxslər, tələbələr, Silahlı Qüvvələrin əməkdaşları və s. şəxslər məşğul şəxslər hesab olunurlar. Bundan başqa pay torpaq sahibləri də bu kateqoriyaya aiddirlər. Bu şəxslər işsiz kateqoriyasına aid edilmir”. (axar.az)

Digər xəbərlər
18:58 XİN beynəlxalq ictimaiyyətə çağırış etdi
18:54 İyunun ilk gününün HAVASI
18:47 Sabahdan milyonlarla insan “WhatsApp” işlədə bilməyəcək
18:40 "Ermənistanın ərazilərimizi minalaması səbəbindən 397 nəfər həlak olub"
18:34 Uşaqları dilənçiliyə kimlər vadar edir? - Konkret yerlər var ki...
18:30 Kəlbəcər sakini Goranboyda minaya düşdü
18:26 Nazirlikdən xəbərdarlıq: Bu yolla çirkli pulların yuyulmasının iştirakçısı ola bilərsiniz
18:22 Saleh Səmədovu DTX həbs etdi - YENİLƏNDİ