2019-cu ildə Azərbaycan Prezidenti tərəfindən imzalanan ikinci sosial paketlə bağlı hazırlıq işləri artıq yekunlaşıb.
Fedai.az AZƏRTAC-a istinadən bildirir ki, bunu əmək və əhalinin sosial müdafiə naziri Sahil Babayev Prezidenti İlham Əliyevin yanında sosial-iqtisadi sahə ilə bağlı müşavirədə deyib.
Nazir bildirib ki, sentyabr ayının 1-dən etibarən minimum əməkhaqqının 250 manata çatdırılması, dövlət sektorunda çalışanlar əlavə 400 min insanın kateqoriyalarından asılı olaraq 20-50 faiz aralığında əməkhaqlarının artırılması, eyni zamanda, oktyabrın 1-dən etibarən 750 min pensiyaçının pensiyasının artırılması ilə bağlı bütün hazırlıq işləri artıq yekunlaşdırılıb.
S.Babayevin sözlərinə görə, ümumilikdə hər iki paketin ümumi dəyəri cari il üçün 2,3 milyard manatdır, növbəti il üçün 3 milyard manatdır və 4,2 milyon insanımızı əhatə edəcəkdir:
"Bu il üçün İşsizlikdən Sığorta Fondunun büdcəsinə müvafiq dəyişiklik edildi və əlavə vəsaitin cəlb olunması nəticəsində 10 min ailənin bu il Özünüməşğulluq Proqramı ilə əhatə edilməsi planlaşdırılır. Müraciətlər çoxdur, əhalinin bu proqrama çox böyük marağı, çox böyük rəğbəti var. Cari ilin ilk 6 ayı ərzində 45 minə yaxın müraciət gəlib. Bunları nəzərə alaraq, ötən ildən növbədə qalan insanlara və bu il müraciət edənlərin arasında isə əlilliyi olan şəxslərə, məcburi köçkünlərə, şəhid ailələrinə və həssas kateqoriyadan olan digər insanlara üstünlük verilir".
DOST (Dayanıqlı və Operativ Sosial Təminat) Agentliyinin fəaliyyəti haqqında danışan nazir bildirib ki, DOST mərkəzi açıldıqdan sonra həqiqətən də çox böyük bir rəğbət toplayıbdır: "İki aydan bir az artıq dövrdə 20 min vətəndaşımız bu mərkəzə müraciət edib. Hər bir müraciətçi xidmət gördükdən sonra orada elektron qaydada xidmətin səviyyəsini qiymətləndirir. Bu günə vətəndaşlarımızın tam məmnunluq səviyyəsi 93 faizi keçibdir, 4 faiz də əlavə olaraq qismən məmnun vətəndaşlarımızdır. Biz bu göstəricini daim bu şəkildə saxlamağa çalışacağıq. Bu gün artıq 126 xidmətin hər biri DOST mərkəzində göstərilir. Sizin göstərişlərinizə uyğun olaraq ilin sonunadək növbəti Mərkəzin açılması istiqamətində ciddi iş aparılır. Daha 3 mərkəzin açılması üçün işlər görülür. Düşünürük ki, ilin sonuna və növbəti ilin birinci rübünə bu 3 mərkəz də açılacaq və beləliklə, biz Bakının 80 faizini əhatə etmiş olacağıq. Növbəti mərhələdə daha bir Mərkəz açdıqdan sonra Bakı şəhəri tam əhatə olunacaq. Regionlarımızda da DOST mərkəzlərinin açılması sahəsində iş başlayacaq".
Əlavə olaraq bildirək ki, DSK-dan gözlənilən rəqəm illik inflyasiya göstəricisidir. Belə ki, 2018-ci ilin yanvar-noyabr aylarında istehlak məhsullarının və xidmətlərin qiymətləri 2017-ci ilin müvafiq dövrünə nisbətən 2,3 faiz olub. Çox böyük ehtimalla ilin sonuna bu rəqəm 2,5 faizdən çox olmayacaq.
Belə olan halda da pensiyalar ötən ilin inflyasiya səviyyəsinə uyğun indeksləşdiriləcək. Yəni, ötən ilki pensiyası 180 manat olanlar üçün artım bu il 4 manat 50 qəpik, 200 manat olanlar üçün artım 5 manat, 220 manat olanlar üçün artım 5 manat 50 qəpik, 250 manat olanlar üçün artım 6 manat 25 qəpik artım olacaq.
Məlumat üçün qeyd edim ki, 2019-cu ildə Azərbaycanda orta aylıq pensiyanın 240 manat və ya 141 dollar olacağı gözlənilir.
Müqayisə üçün qeyd edim ki, ötən il orta aylıq pensiya Qazaxıstanda 240 dollar, Rusiyada 209 dollar, Belarusda 181 dollar, Gürcüstanda 145 dollar olub".
Fedai.az
02 avqust 2019 / GÜNDƏM / ARAŞDIRMA
Minimum əmək haqqı və pensiyaların artırılması işləri yekunlaşdı