hemle

Qarabağ Qazisi Ali Baş Komandana SƏSLƏNDİ: "Kapital Bankın DÜŞMƏN münasibəti"

Tarix:16-04-2020, 18:52
Baxış Sayı:666

Miq.Az saytına zəng edib Ali Baş Komandana fikirlərini çatdırmaq istəyən Məmiyev Cəlal Kapital Bankdan şikayətçi olduğunu bildirib:

Bu gün (dünən-red) 15.04.2020 tarixdə Lerikdə pensiya verilirdi. Azərbaycanın ərazi bütövlüyü uğrunda yaralanıb əlil olmuş şəxslərin də pensiyası verilirdi. Nəzərinizə çatdırmaq istəyirəm ki, mən özüm də Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmişəm. Döyüşlərin birində ağır yaralanmışam və 2-ci qrup əliləm. Mən də əllil kimi pensiya almağa getdim. Qarşılaşdığım mənzərədən anladım ki, KAPİTAL BANK RƏHBƏRLİYİ bizə həqiqətən DÜŞMƏN münasibəti göstərir."

Pensiyasının 231 manat olduğunu bildirən Qarabağ qazisi qeyd edir ki, bank onun 231 manatını silib, üstəlik borc da yükləyib.

Cəlal Məmiyev redaksiyamız vasitəsilə Ali Baş Kamandana müraciətində daha sonra bildirir:

"Buradan Ali Baş Komandanıma SƏSLƏNİRƏM!
Cənab Ali Baş Komandan! Bu ağır dönəmdə Kapitalbankın QAZİLƏRƏ qarşı bu hərəkəti düşmən mövqeyi sərgiləyir. Bank rəhbərliyi bu hərəkətinə görə cəzalandırılmalı, qanunlar qarşısında cavab verməlidir."

Daha sonra üzünü müharibə və səngər yoldaşlarına tutan Qazi bildirir ki, bu məsləni ictimailəşdirmək lazımdır. Bank hansı əsasla Qarabağ əlilinin cibinə girməlidir? Ərazi bütövlüyümüz uğrunda sağlamlığını itirən insanlara qarşı bu kimi münasibət göstərən şəxslər ictimai qınaqla yanaşı, hüquqi məsuliyyətlərini dərk etməlidirlər!

Elmin Alışov
Miq.Az

Digər xəbərlər
14:10 Ötən gün vətəndaşların bank kartlarından 32 min manatdan çox pul kiberüsullarla oğurlanıb
13:37 Zəngəzur, Dərələyəz və... - Yeni ərazilərin qaytarılmasına hazırlıq gedir
13:17 Bir tərəfdə leysan, bir tərəfdən də onlar yerə çatdı: Bu tarixə qədər davam edəcək
12:36 Qar, yağış, şaxta... - FAKTİKİ HAVA
11:45 SOCAR-ın "Azəriqaz" İB rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək
10:24 SOCAR-ın "Azəriqaz" İB rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək
09:44 Dəmir yolunda qatarlar buna görə gecikir - Səbəbi AÇIQLANDI
09:40 Bu yollarda hərəkətə məhdudiyyət qoyuldu