hemle

Qarabağ əlili Prezidentə şikayət etdi

Tarix:15-11-2018, 11:27
Baxış Sayı:528

Şəki şəhəri, D.Bünyadzadə küçəsi ev 88-də yaşayan 2-ci qrup Qarabağ Müharibəsi əlili Abduləli Əhmədəli oğlu Rəsulov “Bank of Baku” ASC-dən götürdüyü dollar kreditinin bəlasına düşdüyünü bildirir


Ölkə başçısına ünvanladığı məktubun bir nüsxəsini də “AzPolitika.info”ya göndərən A.Rəsulov yazır ki, devalvasiyadan əvvəl – 2014-cü ildə götürdüyü 10.000 ABŞ dolları məbləğində krediti banka devalvasiyadan dərhal sonra əvvəlki kursla ödəməyi təklif etsə də, “Bank of Baku” buna razılıq verməyib. Kiçik sahibkarlıqla məşğul olan şikayətçi bankın həmin krediti ona özü istəmədən verdiyini iddia edir: “Bank of Baku” ASC-nin Şəki rayon filialından manatla kiçik məbləğli kreditlər götürüb işləyirdim. Nümunəvi kreditor olduğum üçün bank yenə məni dəvət edib 2014-cü ilin sentyabrın 18-də 10 000 dollar kredit verməyi təklif etdi. Məbləğin çoxluğuna etiraz etsəm də bank işçiləri məni narahat olmamağa çağırdılar, az-az ödəniş etməklə biznesimi genişləndirməyi tövsiyə etdilər. Hər ay 700 dollar əvəzinə ardıcıl olaraq, 800 dollar pulu banka ödəməkdə davam edirdim. Budur, 2015-ci ilin fevralında baş vermiş ilk devalvasiyadan sonra qərara aldım ki, əlimdə olan bütün əmlakımı satıb banka olan qalan borcumu dərhal ödəyim. “Bank of Baku” ASC-nin Şəki filialının mərkəzi ofisində fikrimi bildirdim ki, devalvasiyadan əvvəlki kursla banka qalan borcumu tam olaraq dərhal ödəyim. Rəhbərlik mənimlə razılaşmadı. Mən də cavab olaraq banka 03 mart 2015-ci il tarixli məktub yazdım ki, yeni kursla bankın borcunu ödəyə bilməyəcəyəm…”

Qarabağ əlili bildirir ki, döyüşlərin birində ağır yaralanıb və böyrəyinin birini itirib. Lakin bank rəhbərliyi heç olmasa, bunu da nəzərə almır. Hansı ki, hazırda xəstəliyi ilə bağlı xərcləri belə ödəməkdə çətinlik çəkir. Ancaq bank heç nəyə məhəl qoymayıb, məhkəmə yolu ilə 7287 ABŞ dollar əsas borcunun və 1425 dollar əlavə məbləğin ödənilməsini tələb edib, məhkəmə də “Bank of Baku”nun iddiasını təmin edib.

Hazırda çıxılmaz vəziyyətdə qaldığından ölkə başçısına müraciət edən A.Rəsulov bildirir ki, borcu ödəmək üçün salamat qalan yeganə böyrəyini də satmaqdan başqa yolu qalmır:

“Cənab Prezident! Sizdən xahiş edirəm ki, Qarabağ Müharibəsində itirdiyim sağlamlığımı və hazırda müalicəyə sərf etdiyim xərci nəzərə alaraq, banka borcumun əvvəlki qaydada tam ödəyib yekunlaşdırmağım üçün köməklik göstərəsiniz. Hazırda mənim maliyyə vəziyyətim ağır olduğuna görə, bank ödənişini həyata keçirə bilmirəm və məcburam ki, erməni gülləsindən bir böyrəyimi itirəndən sonra sağ qalan digər böyrəyimi satışa çıxarıb, “Bank of Baku”ASC-yə ödəyim ki, bu dünyadan borclu getməyim”.

Azər Azadzadə Atəs

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı