hemle

Xəzərlərin qətliamı davam edir — Unudulan türklər…

Tarix:28-04-2020, 13:34
Baxış Sayı:523

www.Fedai.az
Yazı 2016-cı ildə Eurasia Diary -da yayınlanıb.

Əfqanıstanda əhalinin 19 faizini təşkil edən, vətəndaş hüquqlarından isə demək olar məhrum olan türk tayfası – Xəzərlər.

Unudulan Türklər…

Köklərinin Monqollara əsaslandığı güman edilən Xəzərlər tarix boyu daim vəhşicəsinə törədilən qanlı qətliamlara məruz qalıb və qalmaqdadır…

1890-93-cü ildə Əfqanıstanın Axtardın əsilli şəhzadəsi Əbdürrəhman Xan Xəzərlərin 62 faizini kütləvi qırğın törədərək minlərlə gənc qız və oğullarını Ərəblərə qul kimi satıb.

Sovet işğalında belə torpaqlarını qorumaq üçün döyüşən və bu yolda böyük qurbanlar verən Xəzərlər, işğal sonrası da daxili münaqişələrdə ən çox qurban verən xalq olub.

Taliblərin hakimiyyəti dövründə Xəzərlər Kanda, Zabul, Baqlan, Məzari-Şərif və Bamiyan kimi rayonlarda kütləvi qırğınlara məruz qalıblar.

Beynəlxlaq hüquq təşkilatlarının hesabatlarına əsasən, Taliblər sistemli formada xəzərlərin soyqırımını reallaşdırıblar. Belə ki, 1998-ci ilin avqustunda Məzari-Şərif rayonunda 8 min uşaq və qadın öldürülməsi faktına fərqli «libas geyindirmək» mümkün deyil.

Kütləvi qətllərlə yanaşı taliblər xəzərlərə məxsus tarixi abidələri və ibadət ocaqlarını viran qoyub, yaşayış məskənlərini tarimar edib. Budda və Bamianədə xəzərlər üçün tarixi və mədəni irs hesab edilən iki qədim heykəlin də məhv edilməsi buna sübutdur.

Taliblərin hakimiyyətindən sonra xəzərlər yeni Əfqanıstan hökümətinin siyasi proseslərində iştirak etməyə başlasa da, onlara qarşı diskriminasiya münasibəti dəyişmədi.

Əfqanıstana kifayət qədər xarici sərmayələrin yatırılmasına baxmayaraq, hökümət xəzərlərin yaşadıqları bölgələrin inkişafına məhdud sərmayə yatırdı. Hökümət xarici investisiyaların hesabına belə olsa, bir xəstəxana və ya tibbi müəssisə inşa etdirmədi. Şəraitsiz məktəblər, iş yerlərinin olmaması, yol-nəqliyyat sisteminin yararsızlığı yeni Əfqanıstan hökümətin xəzərlərə olan münasibətini bir daha eks etdirdi.

İnanclarına görə ən ağır cəzaları ödəyən Xəzərlər, hər Aşura Mərasimində qanlı hücumlara məruz qalıblar. 2015-ci ildə Əfqanıstanın paytaxtı Kabildəki matəm mərasimində uşaqları hədəf alan partlayış belə dünyanın gözündən kənarda qaldı.

Xəzərlərin əksəri hələ də Əfqanıstanda kənar-dağ rayonlarında mağaralarda yaşayırlar. Təbii ki, vətəndaş hüquqlarından və hökümətin vətəndaşlara təqdim etdiyi xidmətlərdən məhrum vəziyyətdə…

Əfqanıstandakı Xəzərlər həmçinin son illər Taliban və «sünni» ekstremistlər tərəfindən girov götürülür və hücumlara məruz qalır.



Beynəlxalq təşkilatların hesabatlarına əsasən, son iki il ərzində 140 mindən çox xəzər Əfqanıstanı tərk edərək sığınacaq üçün qərb ölkələrinə üz tutub.

Öz torpaqlarındakı pərişan həyatlarına davam edən xəzərlərin son 14 il ərzində onlara qarşı törədilən təcavüz və qırğınlara olan etirazları yalnız aksiyalarla müşahidə olunub

Etirazçılar vətəndaş hüquqlarını tələb edib etnik qrup olaraq məruz qaldıqları sistematik diskriminasiyaya qarşı şüarlar səsləndirirdilər: «Biz zorakılıq istəmirik. Bərabər hüquqlarlarımızı tələb edirik».

Birdən atəş səsləri eşidildi…Öldürülən üçüncü şəxs kütlənin arasında polis tərəfindən atəş açılan etirazçı oldu.Dinc nümayiş qanlı qarşıdurmalarla və partlayışlarla nəticələndi.

Əfqanıstan təhlükəsizlik xidmətinin açıqlamalarına əsasən, aksiyada insident yaradan və silahdan istifadə edənlər «Taliban» üzvləri olub. Əfqanıstan polisi isə sırf təhlükəsizlik məqsədi ilə atəş açıb və yaraqlıları məhv edib. Lakin, sosial mediada yayımlanan məlumatlarda və beynəlxlaq təşkilatların hesabatlarında bildirilir ki, insident zamanı istifadə olunan silah sırf hərbiçilərin sahib ola biləcəyi silah növünə daxildir.

Gizli saxlanılan ölü sayı və on minlərlə yaralının olması ölənlərin Əfqanıstan rəsmilərinin açıqladığından dəfələrlə çox olduğuna işarədir.

Görünür, Əfqanıstan höküməti Kabildə minlərlə etnik Xəzərin bir neçə milyardlıq elektrik enerjisi layihəsinin Bamiyan vilayətindən keçməsini istəməsini bağışlanmaz «günah» hesab etdi.

Eurasia Diary

Yazıda Əfqanıstan xəzərlərindən olan hüquq müdafiəçisi, yazar Bəşir Ahangın məqaləsindən istifadə olunub

Digər xəbərlər
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ
09:44 Rusiyada yaşayanların NƏZƏRİNƏ - Bunu edənlər 5 milyon rubla qədər CƏRİMƏ OLUNACAQLAR