hemle

Pensiyaya əlavələr ediləcək - 6 ildən bir, 2 dəfə

Tarix:Bu gün, 13:57
Baxış Sayı:455

Pensiya yaşı bir çox insan üçün dincəlmək, istirahət etmək dövrünün başlanğıcı kimi hesab olunur. Ancaq bu mərhələdə belə, işləməyə davam edənlər var. Onların bəziləri maddi ehtiyacdan, bəziləri isə peşəsinə olan sevgisindən işləməyə davam edirlər.

Bu məqamda bir çox insana maraqlıdır ki, şəxs pensiya yaşına çatdığı halda işləməyə davam edirsə, onun əmək pensiyası artılırmı və yaxud yığılan vəsait ona necə qaytarılır?

Deputat Vüqar Bayramov açıqlamasında bildirib ki, pensiya yaşı tamam olmuş, amma işləməyə davam edən vətəndaşlar üçün pensiya işlədiyi müddətdə yenidən artırılır.

O, Azərbaycan Respublikasının Qanunvericiliyinə uyğun olaraq məsələni izah edib:

"Qanunvericiliyə əsasən, işləyən vətəndaşlar üçün pensiya məbləği ilk dəfə 6 ildən bir, 2 dəfə olmaqla artırılır. Bu zaman işinə davam edən vətəndaş üçün onun 6 il ərzində pensiya hesabında yığılan kapital 72-yə bölünür, alınan məbləğ isə pensiyaya əlavə olunur".

Millət vəkili məsələnin izahına uyğun nümunə də verib:

"Məsələn, vətəndaşın pensiyası 700 manatdırsa, onun işlədiyi müddətdə pensiya hesabında 8000 manatlıq bir yığım varsa, o 72-yə bölünür. Alınan məbləğ pensiyasına əlavə edilir.

Təbii ki, 6 il müddətində vətəndaşın pensiya hesabında nə qədər kapital yığılırsa, bu ona daha çox pensiya almaq imkanı yaradır. Buna görə də işləyən  vətəndaşlar üçün pensiya artımları işlədiyi müddətdə 6 ildən bir olmaqla həyata keçirilir".

Digər xəbərlər
13:57 Pensiyaya əlavələr ediləcək - 6 ildən bir, 2 dəfə
13:49 Bu şəxslər mediator ola bilməyəcəklər - SİYAHI
13:45 Sabah havanın temperaturu 29 dərəcəyədək yüksələcək
13:41 Ermənistanda “Qarabağ separatçıları"na növbəti zərbə - Ləğv EDİLDİ
13:34 Mərkəzi Bankın yeni binası təhvil verilir
13:19 GƏRGİN DEBAT: Putin AQRESSİVLƏŞDİ, Qərb ŞOKDA, müharibə ŞİDDƏTLƏNDİ – SAVAŞ NİYƏ ALOVLANDI?
23:35 İlham Əliyev Çinin Sinxua agentliyinə müsahibə verib
23:35 Emin Əmrullayevdən kurikulumlarla bağlı YENİ QƏRAR