hemle

Çingiz Xan monqol deyildi` - Akademik Anatoli Olovintsov

Tarix:11-08-2018, 13:39
Baxış Sayı:1 338

“Moğol milləti tarixən mövcud olmayıb, bu siyasi addır” – deyə Çingiz Xan tarixini araşdıran akademik Anatoli Olontsov iddia edir. O belə düşünür ki, XIII yüzillikdə Avrasiya məkanı Çingiz Xan da daxil olmaqla türklərdən ibarət idi və bu türklər müxtəlif tayfalara bölünürdü. Daha sonra bütün tayfaları bir araya gətirərək onu “Monqolustan”, yəni “Əbədi ordu” adlandırdı.

Akademik Anatoli Olovintsovun müsahibəsini atev.az saytı tərcümə etmişdir.

– Anatoli Qriqoreviç, nəyə görə düşünürsünüz ki, Çingiz Xan Türk olub?

– Bir çox tarixi sənədləri araşdırandan sonra bu nəticəyə gəlmişəm. Özünüz bir düşünün, tarixdə Monqol dilində bircə söz də tapmaq mümkün deyil. Ancaq Türk dilində nə qədər istəsəniz, tapmaq olar. O dövrdən Çingiz Xanın bir sıra hökmdarlarla olan yazışmaları qalıb. Onların hamısı Türk dilindədir. Mərkəzi Asiyadan Kubilay Xanın nəvələrinə göndərilmiş məktublar Türk dilində, qədim uyğur əlifbası ilə yazılıb. Bundan əlavə, böyük fatehin yaşadığı dövrdə üzərində türk dilində yazı olan Tau daşı bu günümüzə qədər gəlib çatıb. Əgər o dövrdə moğol dili var idisə, Çingiz Xanın Türk dili nəyinə lazım idi?

– Bəs, monqollar necə peyda oldu?

– Belə bir etnik qrup ümumiyyətlə mövcud olmayıb. “Monqolustan” siyasi bir addır. Bunu ABŞ-dakı amerikalılar ilə müqayisə etmək olar. Amerikalılar kimdir? İngiltərə, Afrika, İtaliyadan, Fransa və başqa yerlərdən bura yaşamağa gəlmiş insanlardır. Yaxud biz hamımız əvvəllər Sovet Xalqları idik, ancaq heç kəs sovet dilində danışmırdı. Qazaxlar Qazax Türkcəsində, ruslar Rus dilində danışırdılar. Çingiz Xanın dövründə Asiya çöllərində yalnız türklər yaşayırdı. Onlar Tatarlara, Kereylərə, Cəlairilərə, Nayman oğullarına və s. bölünürdü. Qədim yazılarda deyilir ki, günlərin birində Çin səfiri Menxun Çingiz Xanın görüşünə gedir, ancaq fateh özü orada olmur. Beləliklə, səfir Çingiz Xanın valisi Muxalı ilə danışır. “Sən kimlərdənsən?” soruşur, o isə cavabında “Mən tataram” – deyir.

Əvvəllər tatarlar çox hörmətli idilər. Çingiz Xanı müxtəlif millətlərdən olan insanlar əhatə edirdi. O, öz dövlətini yaratmaq qərarına gələndə bütün millətləri bir ad altında birləşdirdi. Bəs, bu qədər çox millətli olan xalqı necə adlandırmalı? “Monqolustan” sözü isə “Menqu” – “əbədi” və “kol” – “ordu” sözlərindən yaranan ən neytral və güclü səslənən söz idi.

– Yəni, indi monqollar Türk dilində danışır?

– Yox. Hal-hazırkı Xalxa-Monqol dili mancurlar onlara qalib gəldiyi dövrdə, XVII əsrdə yaranıb. Monqollar Çini işğal edib və çinlilər onları qovana qədər 100 il burada hakimiyyətdə olublar. Çinlilər iki dəfə qətliam törətməklə əhalinin yarısını qılıncdan keçiriblər.

Çingiz Xanın ölümündən sonra isə elitar təbəqə arasında hakimiyyət uğrunda mübarizə başladı. Nəticədə isə, XVII əsrdə yerli əhalinin, özü Türk olub və türk dilində danışan insanların sayı 60 min nəfərə qədər azaldı. Bunu görən mancurlar Monqolustanı ələ keçirdilər. Onların dili Türk dilindən kəskin şəkildə fərqlənirdi. 100 il sonra dillərin qarışması nəticəsində hal-hazırda Xalxa-Monqol dili adlandırdığımız Tunqus-Türk-Mancur dili formalaşdı.

Əvvəllər monqollar tenqriçilər idi, yəni Gök Tanrıya inanırdılar. Lakin sonradan buddizmi qəbul etdilər. Buddizm onları mancurlarla birləşdirən yeganə ortaq nöqtə idi. Bu dövrdə istedadlı monqolustanlı gəncləri Çin, Tibet və Türk dillərini öyrənmək üçün Tibetə yollayırdılar. Həmin gənclər qayıtdıqdan sonra bu günümüzə qədər gəlib çatmış xatirələrini yazdılar. Bu yazılar artıq çin heroqlifləri ilə yazılmışdı. Alimlərin 30 illik araşdırmasına baxmayaraq, türk dilində yazılar tapılmadı.

– Çingiz Xan məsələsinə geri dönək. Onun Qazax olması ehtimalı varmı?

– İndi bunu demək çətindir. Düşünürəm ki, onun milli kimliyini öz tərəfinə çəkmək və onu Qazax adlandırmaq doğru deyil. Hərçənd indi hamı bunu etməyə çalışır. Tatarlar, hətta yakutlar belə iddia edir ki, milli kimlik baxımından Çingiz Xan onlara məxsusdur. Bu doğru deyil. O Türk idi. Yalnız bütün dövlətləri birləşdirəndə monqol oldu. O vəsiyyət etmişdi ki, öləndə onu bu ölkənin torpaqlarında basdırsınlar.

– Yeri gəlmişkən, qazaxlar monqollara qaynayıb-qarışdıqdan sonra bir qədər qaraşın olublar. Ancaq siz iddia edirsiniz ki, əvvəllər sarışın olublar.

– Qazax xanlığı Çingiz Xanın ölümündən 250 il sonra formalaşdı. Qazaxlar o vaxtlar həqiqətən sarışın idilər. Yeri gəlmişkən, Qazaxıstan ərazisində kurqanların birində tapılan Qızıl Döyüşçü də sarışın idi. Qazax xanlarının adını yadınıza salın: Kenesarı. Türk tarixində Toqum adında xan olub. Savaşda doqquz övladı ilə birlikdə ölüb. Sonradan bu hadisə haqqında “Toqız sarı”, yəni “Doqquz sarı” adlandırılan epos yarandı. Qazaxların qarışığı monqollarla deyil, çinlilərlə idi. Türklərdə Çin səddini keçib oralara hücum edən Mete adında hökmdar olub.

– Bəs, Çini işğal etməkdə türklərin marağı nə idi?

– Çay, ipək, minlərlə əsir götürülmüş gənc qızlar. Qarışıqlıq da məhz həmin cavan qızların dünyaya gətirdiyi uşaqlardan başladı. Çinə bu cür hücumlar min ilə yaxın davam etdi. Beləliklə, qazaxların xarici görünüşü dəyişdi. Sarışından qaraşına dönüşdülər. (Karabakhmedia.az)

Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı