hemle

İran sanksiyalara baxmayaraq neft ixracını artırır

Tarix:16-01-2023, 08:04
Baxış Sayı:145

İran neftinin ixracı 2023-cü il ərəfəsində maksimuma - gündə təxminən 1,2 milyon barelə yüksəlib.

“Reuters” neft bazarının profil şirkətlərinin məlumatlarına istinad edərək belə qənaətə gəlir ki, İran neftinin ixracı bu il də gələcək artım potensialını qoruyub saxlayır.

Belə ki, enerji məsləhətçisi “SVB İnternational” ötən ilin dekabrında İrandan xam neft ixracının orta hesabla sutkada 1,137 milyon barel təşkil etdiyini, noyabr ayı ilə müqayisədə gündəlik 42 min barel çox olduğunu bildirib.

Mənbə xatırladır ki, Tehranın neft ixracı ABŞ-nin keçmiş prezidenti Donald Trampın 2018-ci ildə nüvə sazişindən çıxmasından və İran hökumətinin gəlirlərini azaltmağa yönəlmiş sanksiyaları bərpa etdikdən sonra məhdudlaşdırılıb.

İxracın artması nüvə sazişini yeniləməyə çalışan ABŞ prezidenti Co Baydenin dövründə baş verib.

Digər xəbərlər
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı
12:46 Sabunçu bazarında yanğın baş verdi - Video
12:28 Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
12:22 Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq
12:16 25 ilə insanlar 1000 il yaşaya biləcək
12:11 Ekspert qlobal istiləşmənin əsas səbəbini AÇIQLADI
12:04 Yeni bir 11 sentyabr hücumu planlaşdırılır? - Gizli hesabat