hemle

Azəri-Çıraq-Günəşli yatağından hasil olunan neftin həcmi açıqlanıb

Tarix:4-02-2021, 11:48
Baxış Sayı:287

2020-ci ildə Azəri-Çıraq-Günəşli yatağından ümumi hasilat 23,6 milyon ton olub.

“BP Azərbaycan”dan verilən məlumata əsasən, il ərzində gündəlik hasilat orta hesabla 477 min barel, ümumilikdə isə təxminən 175 milyon barel təşkil edib.

Bildirilir ki, stabil hasilat təhlükəsiz və etibarlı şəkildə davam edib. 2020-ci ildə Çıraq platformasından gündəlik 34,9 min barel, Mərkəzi Azəri fazasından 113,2 min barel, Qərbi Azəri platformasından 118,9 min barel, Şərqi Azəri platformasından 64,2 min barel, Dərinsulu Günəşli platformasından 95,4 min barel və Qərbi Çıraq fazasından 50,4 min barel gündəlik neft hasil olunub.

Ötən il ərzində Azəri-Çıraq-Günəşli yatağı üzrə fəaliyyətlərə təxminən 531 milyon dollar əməliyyat məsrəfləri və 1 milyard 817 milyon dollardan çox əsaslı məsrəflər xərclənib.

İlin sonunda AÇG-də ümumilikdə 127 neft hasilat quyusu, 45 su injektor quyusu və səkkiz qaz injektor quyusu istismarda olub. Eləcə də, 11 neft hasilat və iki suvurma quyusu qazılıb.

AÇG-də iştirak payları: BP (30,37 faiz), SOCAR (25 faiz), MOL (9,57 faiz), INPEKS (9,31 faiz), Ekvinor (7,27 faiz), EksonMobil (6,79 faiz), TPAO (5,73 faiz), ITOÇU (3,65 faiz), ONGC Videş Limited (OVL) (2,31 faiz)

Digər xəbərlər
21:56 Ermənistanın hərbi təcavüzü məhkəmədə - Tərtər döyüşlərinin şahidi danışdı
21:51 Hansı torpaqlar vətəndaşdan geri alına bilər? - AÇIQLAMA
21:49 Azərbaycanda ötən illə müqayisədə qohum evliliklərinin sayı necə dəyişib?
21:45 Elgün İbrahimovun ölümündə maraqlı məqam
19:21 "Azəriqaz” İB-də 28 May - Müstəqillik Gününə həsr olunmuş şahmat yarışı keçirilib
18:42 Azərbaycanın müstəqilliyinin 107 illiyi münasibəti ilə Türkdilli Dövlətlərin siyasətinə dəstək fondu kitab sərgisi keçirdi
10:52 Yaxın 5 il ərzində baş verəcək - Dünyanı görün hansı təhlükə gözləyir
10:48 Nazirlik valideynlərin narazılığına səbəb olan qərarı ləğv etdi