Lavrov planından gələn "xeyir" :Yeni bir "yastıq" olmasın?
Əvvəlcə oxucularıma haqqında söhbət acacağım BMT TŞ-nin qətnamələrindən danışım.
Deməli, BMT və onun Təhlükəsizlik Şurası böyük səylər göstərsələr də çox vaxt bu səylər effektsiz olur. Məsələn, Ermənistanın Azərbaycana etdiyi təcavüzlə bağlı BMT Təhlükəsizlik Şurası tərəfindən 1993-cü ildə 4 qətnamə saylı (822, 853, 874 və 884) qəbul olundusa da, bu qətnamələrin hər birində ermənilərin təcavüzkar siyasəti pislənilsə də və erməni hərbi birləşmələrinin zəbt etdikləri Azərbaycan torpaqlarından qeyd-şərtsiz çıxmaları birmənalı şəkildə tələb olundusa da, bu tələblər indiyə qədər də yerinə yetirilməmişdir. Eyni fikirləri Fələstin problemi ilə də bağlı demək olar. BMT Təhlükəsizlik Şurasının 1967-ci ildə qəbul etdiyi 242 saylı qətnamədə 3 məsələnin həyata keçirilməsı İsraildən birmənalı şəkildə tələb olunurdu: 1) İsrail qoşunlarının işğal olunmuş Fələstin ərazilərindən qeyd-şərtsiz çıxması; 2) Fələstin sərhədlərinin İsrail tərəfindən tanınması; 3) Fələstin qaçqınlarının öz yurd-yuvalarına qayıtmaları. İsrail qətnamənin tələblərinə nəinki riayət etmədi, əvvəlki siyasətinə davam edərək, yeni-yeni əraziləri də zəbt etdi. Bu siyahını uzatmaq da olardı. Maraqlı hal odur ki, göstərilən münaqişələrlə bağlı BMT və onun Təhlükəsizlik Şurasının qəbul etdiyi sənədlərdə təcavüzkar konkret olaraq göstərildiyi halda, təcavüzkar tərəfindən qətnamədə göstərilən tələblərin yerinə yetirilməməsinə görə heç bir sanksiyalar tətbiq olunmamışdır.
Lavrov planı nədir?
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov A.M.Qorçakov adına İctimai Diplomatiyaya Dəstək Fondunun nümayəndələri ilə videokonfrans formatında keçirilən dəyirmi masanın gedişində deyib:
"Ötən il Rusiya, Azərbaycan və Ermənistan Xarici İşlər nazirlikləri başçılarının Moskva görüşündə təklif olunan Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə qərarlar fəal müzakirə edilir, onların imzalanması BMT Təhlükəsizlik Şurasının qətnamələrinin icrası istiqamətində mühüm addım olardı".
S.Lavrovun sözlərinə görə, bu sənədlərdə münaqişənin nizamlanmasına mərhələli yanaşma əsasında yaxınlaşmaq, birinci mərhələdə daha aktual problemlərin həlli, Dağlıq Qarabağ ətrafında bəzi rayonların azad edilməsi və nəqliyyat, iqtisadi və digər kommunikasiyaların açılması nəzərdə tutulur. RF XİN-in başçısı əminliklə bildirib ki, bu sənədlərin imzalanması BMT TŞ-nin qətnamələrinin icrasında mühüm addım ola bilər: “Mən əminəm ki, biz bu sənədlərin imzalanması barədə razılığa gəlsək, bu, BMT-nin Təhlükəsizlik Şurasının sözügedən qətnamələrinin və bir də təkrar edirəm, müharibəni dayandırmağı və danışıqlara başlamağı tələb edən qətnamələrin icrasında mühüm addım olacaq. Danışıqlara başlanılıb, indi razılığa gəlmək lazımdır. ATƏT-in Minsk qrupunun həmsədrləri kimi biz məhz buna nail olmağa çalışırıq”, - deyə Rusiyanın xarici siyasət idarəsinin başçısı vurğulayıb.
Lavrov planına ermənilərin ilginc münasibəti
Plana ilk reaksiya iya göstərən Ermənistanın eks-prezidenti Serj Sərkisyan olub:"Mərhələli həll bizim milli maraqlarımıza uyğun deyil. Bu, Ermənistanla Qarabağ üçün dağıdıcı nəticələrə gətirib çıxara bilər. 2008-2018-ci illərdə mən və Xarici İşlər naziri Edvard Nalbəndyan Qarabağ konfliktinin mərhələli həllini müzakirə etməmişik. Paket variantının əsas prinsipləri və elementləri əvvəldən müəyyən edilib və hər tərəfin nəticədə nə alacağı aydındır. Mərhələli həll variantının təhlükəsi ondan ibarətdir ki, hansısa məqamda tərəflərdən biri öz gözləntilərini əldə edə və prosesi davam etdirməyə bilər. Bu variant erməni tərəfi üçün həyati əhəmiyyət daşıyan “Qarabağ xalqı”nın öz müqəddəratını təyin etmə haqqını reallaşdırmaya bilər. Əgər əvvəllər periodik olaraq paket həllin mərhələli reallaşdırılmasından söhbət gedirdisə, bu gün Moskvadakı dəyirmi masada Sergey Lavrov çox dəqiq və birmənalı bəyanat verdi. Bu gün Ermənistan Xarici İşlər Nazirliyinin rəhbəri rusiyalı həmkarının yeni layihə haqqında bəyanatını təkzib etmədi”,
Erməni politoloq Ara Papyan
Erməni politoloq Ara Papyan isə daha maraqlıcıxış edib:“Lavrovun bəyanatı Azərbaycanın Avrasiya İttifaqına cəlb edilməsiylə bağlıdı.Rusiya çalışır ki, Azərbaycanı Avrasiya İttifaqına cəlb etsin və ya heç olmasa öz təsir zonasına salsın. Bunun üçün Azərbaycana Qarabağ problemində güzəşt edilməsindən başqa heç bir yol yoxdur. Ona görə də mərhələli həll variantından danışılır. Bu plan torpaqların Azərbaycana verilməsi, sonra isə bizim üçün qəbuledilməz olan digər məsələlər anlamına gəlir”
Qarabağ döyüşlərinin iştirakcısı Vitali Balasanyan
Qondarma Qarabağ rejiminin "təhlükəsizlik şurası"nın keçmiş "rəhbəri" Vitali Balasanyan təccüblə deyib ki. Qarabağ ətrafında bizim təhlükəsizlik zonalarımız və ya rayonlarımız yoxdur. Bizim ticarət üçün ərazilərimiz yoxdur:"Sülh və ya kommunikasiyaların açılması qarşılığında ərazi formulu qəbuledilməzdir".
Daha sonra Balasanyan mərhələli həll variantına razılıq verən şəxslərin kapitulyasiyaya doğru getdiyini və bununla onların bu planı təşviq edən Levon Ter-Petrosyanın 1998-ci ildəki taleyini yaşayacağını söyləyib.
Erməni politoloq Ayk Martirosyan
Erməni politoloq Ayk Martirosyan lap aqressiya göstərib:
“Aydındır ki, bütün erməni hökumətləri özlərini vassal kimi apardılar və Ermənistanı “böyük qardaş”dan ömürlük asılı vəziyyətə saldılar. Bu da Ermənistana olan marağı və Rusiyanın nəzərində onun dəyərini azaltdı. Bütün bunlar Azərbaycana üstünlük qazandırdı, çünki o, Rusiya ilə dost, amma qarşılıqlı hörmətə malik münasibətlər qurdu.Bu formatda proqres yoxdur, ola da bilməz. Bu məsələdə ən böyük səhv bütün cəbhə xəttinin saxlanılması və Qarabağ rejimini danışıqlar stoluna gətirmək cəhdidir. Məhz bunun sayəsində Azərbaycan tərəfi Ermənistan üçün uğurlu diplomatik tələ yaradır"
Uzun sözün qısası, S. Lavrovun planının məqsədini tam olaraq anlamasamda, ermənilərin beləcə, dərdə düşməsini seyr etdikcə, Azərbaycanın başı üzərində daha böyükbelaların gələcəyinə inanıram.. Cünki tarix bizə dəfələrlə başa sald ki, öz düşmənlərinə inanmaq yenidən kəndiri boğazına dolamaqdı .. həm də könüllü!