hemle

Güc tətbiqi... – Yaşar Əliyev

Tarix:13-11-2018, 14:17
Baxış Sayı:499

Bütün dövlətlər öz beynəlxalq öhdəliklərinə, xüsusən dövlətlərin suverenliyinə və ərazi bütövlüyünə hörmət, onların beynəlxalq hüquqda tanınmış sərhədlərinin toxunulmazlığı barədə öhdəliklərə ciddi riayət etməyə borcludurlar.

Bunu Azərbaycanın BMT-dəki daimi nümayəndəsi Yaşar Əliyev qurumun Təhlükəsizlik Şurasında bütün dünyada ümumi sülhün və təhlükəsizliyin qorunub saxlanmasına həsr edilən debatlarda bildirib.

O vurğulayıb ki, əgər hamılıqla tanınmış fundamental dəyərlərə, norma və prinsiplərə təcavüzü və digər qanunsuz hərəkətləri gizlətmək məqsədilə açıq-aydın etinasızlıq göstərilirsə, onda dinc, ədalətli və firavanlaşan dünyanın təmin edilməsi məqsədinə nail olmaq çətindir.

Y.Əliyev deyib ki, hazırda dünyanın qarşılaşdığı sülhə və təhlükəsizliyə təhdidlər beynəlxalq hüquqi qaydanın möhkəmlənməsinə və multikulturalizm prinsiplərinə sədaqətin dirçəldilməsini tələb edir: "BMT multikulturalizmin ən mühüm ilkin elementidir, onun Nizamnaməsində təsbit olunmuş məqsədlər və prinsiplər isə beynəlxalq münasibətlərdə normativ bazanın əsasını təşkil edir".

Diplomatın fikrincə, hamılıqla qəbul edilən qaydaların və onların universal tətbiqinin alternativi yoxdur. O deyib ki, Azərbaycan BMT baş katibinin islahatlara sadiqliyini, müharibələrin qarşısının alınmasına, sülhün qorunmasına, daha davamlı inteqrasiyanın və BMT-nin səmərəliliyinin təmin edilməsinə şərait yaratmaq barədə qərarını yüksək qiymətləndirir və tamamilə dəstəkləyir:

"Ərazi ələ keçirmək üçün güc tətbiq edilməsinin yolverilməzliyi prinsipi və ondan irəli gələn, beynəlxalq hüququn ciddi pozuntuları ilı bağlı vəziyyətlərin qəbuledilməzliyi barədə öhdəliklər hər yerdə və qeyd-şərtsiz tətbiq edilməli və icra olunmalıdır.

Şübhəsiz, bununla əlaqədar BMT-nin əsas orqanları tərəfindən qəbul edilmiş qətnamələrin həyata keçirilməsi və müvafiq hesabatlar verilməsi böyük əhəmiyyət kəsb edir. Təhlükəsizlik Şurasının məcburi tələblər təsbit olunmuş qətnamələrinə açıq-aşkar etinasızlıq Təhlükəsizlik Şurası tərəfindən beynəlxalq sülhün və təhlükəsizliyin dəstəklənməsinə görə başlıca məsuliyyətin yerinə yetirilməsində ümumi qəbul edilmiş praktika ola bilməz".

Diplomat qeyd edib ki, son illərdə BMT Nizamnaməsinin VIII fəslinə uyğun olaraq beynəlxalq sülhün və təhlükəsizliyin təmin edilməsindən və humanitar yardımdan başlamış, insan haqlarının inkişafı və müdafiəsinə qədər bütün sahələrdə BMT ilə onun regional tərəfdaşları arasında əməkdaşlığın möhkəmlənməsində ciddi irəliləyiş əldə edilib, lakin hələ də ciddi problemlər var. Regional təşkilatlar, bir qayda olaraq, silahlı münaqişələrin və böhranların səbəblərini və nəticələrini anlamaq və aradan qaldırmaq üçün yaxşı imkanlara malikdirlər. Buna baxmayaraq, onların heç də hamısı üzv dövlətlər tərəfindən öz nizamnamə öhdəliklərinə riayət olunmasını təmin edə bilmir. Görünür, bəzi hallarda beynəlxalq hüququ pozanlar hərbi uğurlarını möhkəmlətmək üçün regional sazişlərdən sui-istifadə edir və regional münaqişələrin, təhlükəsizliklə bağlı başqa problemlərin həllinə nail olmağa yönəlmiş səyləri pozurlar.

Y.Əliyev çıxışının sonunda vurğulayıb ki, BMT yanında qlobal rəylər və birgə səylər münaqişələrə, iqlim dəyişmələrinə və qlobal terrorimə qarşı mübarizənin, məcburi köçkün və miqrant axınlarının idarə edilməsinin, bütün dünyada sülhə, ümumi davamlı inkişafa və insan haqlarına nail olmağın ən səmərəli üsullarıdır.

Azər Azadzadə Atəs.

Digər xəbərlər
10:22 Köklük, piylənmə 13 növ xərçəng riskini artırır - Siyahı
10:21 Paşinyanın Bakıya bu “güzəşti” hiylədir – Moskvadan baxış
10:18 Ermənistana silah daşınır – MN narahatdır, çağırış etdi
10:17 Türkiyə Bakıya böhtan atan jurnalisti qovdu
10:15 Rusiya 20 dəqiqəyə 4 ölkəni MƏHV EDƏ BİLƏR
10:13 Leysan, külək, qar - Bu günün HAVASI
10:12 Tənhalıq ciddi fəsadlara yol açırmış...
10:11 Məktəblərdə payız tətilindən sonra dərslər başladı