hemle

“Müşfiqin boynuna külli miqdarda pul qoyulub” - İntihar edən həkimin ailəsi

Tarix:25-08-2022, 16:18
Baxış Sayı:171

Lənkəranda intihar edən stomatoloq, 1989-cu il təvəllüdlü Bağırov Müşfiq Zaman oğlunun ailəsi onun ölümü və istintaqla bağlı açıqlama verib.

“Qafqazinfo”ya müraciət edən mərhumun ailəsi onun hədə-qorxu səbəbindən həyatına qəsd etdiyini bildirib:

“Hazırda faktla bağlı istintaq tədbirləri getdiyinə görə bəzi məsələləri tam açıqlaya bilmirik. Amma bir şeyi deyə bilərik ki, Müşfiqin boynuna külli miqdarda pul vəsaitini verməsini qoymaqla ona təzyiq edilib. Bu məcburiyyət qarşısında qalan Müşfiq valideynlərinə, yaxınlarına başına gələnləri bildirmək istəməyib və intihar edərək həyatına son qoyub. Bununla bağlı kifayət qədər dəlil-sübutlar da var. Həmin sübutlar, yazışmalar, Müşfiqin istifadəsində olan mobil telefonu prokurorluq əməkdaşları tərəfindən araşdırılması üçün götürülüb. Hadisə baş verdikdən dərhal sonra Müşfiqin çiyələk biznesi ilə məşğul olması və bununla bağlı intihar edə biləcəyi barədə məlumatlar yayıldı. Bildirmək istəyirik ki, bu barədə deyilənlər məsuliyyətdən yayınmaq istəyən şəxslər tərəfindən ortaya atılan şayiələrdir. Müşfiq avtomobil biznesi ilə məşğul olub və stomatoloq kimi fəaliyyət göstərib. Onun atası və qardaşı da stomatoloqdur.

Biz Lənkəran prokurorluğundan, Baş prokuror Kamran Əliyevdən xahiş edirik ki, bu məsələ tam araşdırılsın, Müşfiqi intihara vadar edən şəxslər məsuliyyətə cəlb edilsin”.

Məsələ ilə bağlı Baş Prokurorluğun Mətbuat xidmətindən “Qafqazinfo”ya bildirildi ki, hazırda qeyd edilən faktla bağlı başlanılmış cinayət işi üzrə istintaq davam edir.

“Müşfiqin boynuna külli miqdarda pul qoyulub” - İntihar edən həkimin ailəsi

Digər xəbərlər
22:41 Telefonla ödəniş edənlərin DİQQƏTİNƏ: NFC ilə pullarınızı belə oğurlayırlar
22:36 DİN-dən avtobus zolağına daxil olan sürücülərə xəbərdarlıq
22:13 İstanbuldakı zəlzələyə görə məktəblərdə 2 günlük tətil elan edildi
22:07 Afterşoklar davam edir: İstanbulda gecəni harada keçirmək olar?
22:05 İstanbulda güclü zəlzələ: xəsarət alanların sayı artdı - YENİLƏNDİ
12:47 Pensiya təyin edilməyibsə, hara müraciət edilməlidir? – CAVAB
12:43 Londondakı mühüm görüş dalana dirəndi: Zelenskinin bu açıqlamasına görə
12:39 Xəzər 2050-ci ilədək kritik səviyyəyə düşə bilər