hemle

Bakıda "Kərkük Gecəsi " keçirilib

Tarix:2-12-2016, 15:05
Baxış Sayı:624

Noyabrın 30-da Bakınln Xudafərin Sarayında İraq və Suriyada yaşayan türkmən soydaşlarımıza mənəvi dəstək məqsədilə " Kərkük Gecəsi " keçirilib. Gecəni giriş sözü ilə " Kərkük Harayı" Soydaşlarımıza yardım kampaniyasının Əlaqələndirmə Mərkəzinin üzvləri Rüfət Muradlı və Jalə Cəfərova açdıqdan sonra Azərbaycan himni və Türkmeneli marşı oxunub. Sonra Borçalı Cəmiyyətinin sədri Zəlimxan Məmmədli və KXCP sədri Mirmahmud Mirəlioğlu mərasim iştirakçıları qarşısında çıxış edərək Türkmenelinin Türk Dünyasının bir parçası və Azərbaycan Türklüyünün ayrılmaz hissəsi olduğunu iştitakçıların diqqətinə çatdırıblar. Tanınmış sənət ustaları Nuriyyə Hüseynova, Ağalar Bayram, Novruz Novruzlu, Solmaz Kosayeva, Şuşa Elat Muğam Üçlüyünün ifaları iştirakçılar tərəfindən alqışlarla qarşılanıb. Kərkük Gecəsində Bakıda Türkmenelindən olan tələbələr adından Yəhya Mehdi, şair Yusif Nəğməkar, İraq Azərbaycan Mədəni Əlaqələr İB-nin sədri Tahirə Məmmədova çıxış edərək Kərkük Gecəsinin təşkil olunmasına görə təşkilatçılara təşəkkürlərini bildiriblər. Kərkük Gecəsində Milli Mədəniyyyətin Təbliği İB tərəfindən hazırlanmış " Türkməneli Səninləyik" bağlıqlı xüsusi bayraq iştirakçılar tərəfindən imzalanaraq kərküklü tələbələrə təqdim olunub. Gecədə gənc məktəblilərin Kərkük haqda şeri səsləndikdən sonra "Kərkük Harayı" Soydaşlarımıza yardım Kampaniyası Əlaqələndirmə Mərkəzinin üzvləri Ümid Partiyasından Taleh Əliyev, Tamilla Qulami, KXCP-dən Südeif Sadıqlı, Ağ Partiyadan Əhəd Məmmədli, Bütöv Azərbaycan Ocaqları adından Faiq Qəzənfəroğlu, Azərbaycan Turan Birliyindən Flora Ramazanova, habelə Bütöv Azərbaycan Mühafizəkarlar və Millətçi Gənclər Təşkilatı təmsilçiləri çıxış edərək Kərkük deyib, Türkmeneli deyib Gecəyə qatılanlara öz təşəkkürlərini ifadə edərək bu yöndə fəaliyyətlərin davamlımolmasına israr ediblər. Kərkük Gecəsinin sonunda gənc rəssamlar mərasim boyu çəkdikləri tabloları Türkmənelindən olan tələbələrə hədiyyə ediblər. Elman Türkoğlu isə özü hazırladığı Türkməneli və Azərbaycan bayraqlarını " Kərkük Harayı" Əlaqələndirmə Mərkəzinə bağışlayıb. Mərasim Azərbaycandan Türkmənelinə dəstək çağırışları ilə sona çatıb.

Digər xəbərlər
18:27 Ötən gün vətəndaşların bank kartlarından 32 min manatdan çox pul kiberüsullarla oğurlanıb
18:23 Sel nəticəsində ölən vəzifəli şəxs imiş
18:21 Qaraciyərin düşməni hesab edilir - Hər kəsin evində var
18:19 İsrail pasportu olanlara şok qadağa: Bu ölkəyə girişləri yasaqlandı
18:18 Zərərə görə ödənilən sığorta məbləği niyə artırılmır? - AÇIQLAMA
18:16 Pensiyalar yenidən artırılır
18:14 Əlilliyə görə təkrar yoxlamadan keçməli deyilsiniz - Bu halda müddətsizdir
18:11 Əhaliyə ŞAD XƏBƏR - Sabah səhər...