hemle

Bakıda " Kərkük Gecəsi" keçiriləcək

Tarix:27-11-2016, 20:09
Baxış Sayı:840

Bakıda İraq və Suriyada yaşayan türkmən soydaşlarımıza mənəvi dəstək məqsədilə " Kərkük Gecəsi " keçiriləcək. Bu haqda redaksiyamıza son günlər müxtəlif ictimai siyasi təşkilat təmsilçiləri tərəfindən təsis olunan " Kərkük Harayı" Soydaşlarımıza yardım kampaniyasının Əlaqələndirmə Mərkəzinin üzvü Rüfət Muradlı məlumat verib. R. Muradlı bildirib ki, tədbirdə əsasən milli dəyərlərə biganə qalmayan sənətçilər və söz ustalarının çıxışları olacaq. "Biz toplum olaraq bu gün Türkmənelində, özəlliklə Kərkük və Mosulda baş verənlərə səssiz qala bilmərik. Ona görə də bu gecenin keçirilməsinin vacib olduğunu düşündük. "Kərkük Gecəsi"nə giriş sərbəstdir və arzu edənlər iştirak edə bilərlər. Soydaşlarımızın taleyinə laqeyd olmayan hər kəsi bu gecəyə dəvət edirik"- deyə əlavə edib. Noyabrın 30-da saat 14-30-da Xudafərin Şadlıq Sarayında baş tutacaq.

hemlemedia.az

Digər xəbərlər
16:40 Ümumdünya Əməyin Mühafizəsi Günü “Azəriqaz” İB-də qeyd olunub
10:42 İnsan bədənində "zombi hüceyrələri" tapıldı
10:40 Türkiyədə faciə: İki üzvü uşaq olmaqla bir ailə torpaq altında qaldı
10:37 Prezident: "Biz müstəmləkəçiliyin bütün formalarını və təzahürlərini qətiyyətlə rədd edirik"
10:34 Bakıda konfrans: Prezidentin müraciəti səsləndirildi
10:29 Görkəmli oftalmoloq alim Zərifə Əliyevanın doğum günüdür
10:26 Fransada müsəlmanlara çağırış edildi
10:20 Gənclər sürətlə siqaretdən imtina edir – ARAŞDIRMA