hemle

Consonu bu şəxslər əvəz edə bilər - SİYAHI

Tarix:7-07-2022, 17:15
Baxış Sayı:186

Xəbər verdiyimiz kimi, Böyük Britaniyanın Baş naziri Boris Conson istefa verib.

Britaniya mətbuatı Boris Consonun istefasa xəbərindən sonra onu əvəz edə biləcək adları da sadalayıb.

Həminnamizədlər aşağıdakılardır:

Xarici işlər naziri Liz Truss - 46 yaşlı mühafizəkar siyasətçi Britaniyanın xarici siyasətinin görkəmli simalarından biridir. Sentyabr ayından xarici işlər naziri vəzifəsini icra edən Truss Britaniyanın Rusiya - Ukrayna müharibəsində fəal mövqeyinin memarı kimi tanınır. Britaniya ictimaiyyəti Trussı Britaniyanın məşhur baş naziri Marqaret Tetçerlə müqayisə edir.

İraq əsilli Nadhim Zahavi tanınmış simalardan biridir - Britaniyanın yeni iqtisadiyyat naziri təyin edilən Zahavi sahibkardır və ölkənin ən varlı adamlarından biridir. Neft sənayesində sərmayələri olan və kimya mühəndisliyi təhsili alan Zahavinin ailəsi İraqdakı Səddam Hüseyn rejimindən qaçaraq İngiltərəyə gəlmişdi. Zəhavinin ingilis dilini İngiltərədə öyrəndiyi məlumdur. Zahavi Consonun istefasını tələb edən nazirlərdən biridir.

Rişi Sunak - Dövrün “ qızıl övladı” kimi tanınan Sunaka dəstək bu ilin əvvəlində həyat yoldaşının vergidən yayınma iddiaları ilə vurulmuşdu. Sunak, Covid-19 məhdudiyyətləri zamanı Baş nazirin 10 nömrəli Dauninq iqamətgahında keçirilən partiyalara qatıldığı üçün də cərimələnib.

Ben Valllese - 52 yaşlı müdafiə naziri son dövrlərdəki performansı və münasibətləri ilə məşhur simalardan birinə çevrilib. İngiltərə mətbuatı daha əvvəl baş nazir olmağı sevmədiyini deyən Uollesə “Bu fikir partiya bazasından gələn dəstəklə dəyişə bilər” şərhini verib.

Qeyd edək ki, İngiltərə Baş naziri vəzifəsindən istefa verən Boris Conson 2020-ci ildə Baş nazirin iqamətgahında verdiyi şənliklərlə Covid-19 qaydalarını pozduğu üzə çıxdıqdan sonra həm rəhbərlik etdiyi Mühafizəkarlar Partiyası, həm də müxalifət liderləri və ictimaiyyət tərəfindən tənqid edilib.

Bundan əlavə, ölkədə Rusiya-Ukrayna müharibəsinin təsiri ilə iqtisadi cəhətdən çətin anlar yaşayan İngiltərədə şüşəni qıran son damla Mühafizəkarlar Partiyasının Parlamentdəki Qrup rəhbəri Kris Pinçerə qarşı təqib iddiaları olub.

Digər xəbərlər
22:41 Telefonla ödəniş edənlərin DİQQƏTİNƏ: NFC ilə pullarınızı belə oğurlayırlar
22:36 DİN-dən avtobus zolağına daxil olan sürücülərə xəbərdarlıq
22:13 İstanbuldakı zəlzələyə görə məktəblərdə 2 günlük tətil elan edildi
22:07 Afterşoklar davam edir: İstanbulda gecəni harada keçirmək olar?
22:05 İstanbulda güclü zəlzələ: xəsarət alanların sayı artdı - YENİLƏNDİ
12:47 Pensiya təyin edilməyibsə, hara müraciət edilməlidir? – CAVAB
12:43 Londondakı mühüm görüş dalana dirəndi: Zelenskinin bu açıqlamasına görə
12:39 Xəzər 2050-ci ilədək kritik səviyyəyə düşə bilər