hemle

“Şuşaya açılan pəncərə” filminin təqdimat tədbiri keçirildi.

Tarix:10-05-2022, 18:30
Baxış Sayı:230

Azərbaycan Respublikasının Qeyri Hökumat Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi layihəyə maliyyə dəstəyi ilə “Sağlam ailə” Ailələrin Maarifləndirilməsinə Kömək İctimai Birliyinin həyata keçirdiyi “Şuşaya açılan pəncərə” filminin təqdimat tədbiri keçirildi.
1992-ci ildə Şuşa işğal edildiyi gün may ayının 8-də iki qardaş   Namiq və Natiq Şuşa işğal olunan gün 8 may tarixində şəhid olublar. 08 may 1992-ci il tarixində  Şuşa Həbsxanasının ətrafında Namiqin şəhid olduğunu eşidən   Natiq isə  qardaşının güllələndiyi yerə gedərkən öz maşınında yandırılaraq şəhid olur. Filmin qəhramanları olan üç şəhidimizbir ailənin üzvləridir. İkisi Şuşa uğrunda gedən döyüşlərdə, Tahir Zeynalov isə Ağdam və Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olublar.
26 aprel 2022-ci il tarixində saat 12-00 da keçirilən tədbirdə şəhid ailələri, qazilər, ictimaiyyət nümayəndələri məmurlar iştirak etdilər.
Şuşaya açılna pəncərə filminin maliyyə dəsətyini Azərbaycan Respublikasının Qeyri Hökumat Təşkilatlarına Dövlət Dəstəyi Agentliyin verdiyi üçün təşəkkürlər edildi.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Ağentliyinin maliyyələşdirdiyi "Sağlam Ailə" Ailələrin Maarifləndirilmesine Kömək İB-nin həyata keçirdiyi "ŞUŞAYA AÇILAN PƏNCƏRƏ " filminin təqdimatı 26.04.2022 ci il saat 12:00 da Şuşa Rayon İcra Hakimiyyətinin inzibati binasında iclas salonunda Şuşa Rayonu İcra Hakimiyyətinin Başçısı Bayram Səfərovun idarəçiliyi ilə möhtəşəm təqdimat tədbiri həyata keçdi. Tədbirin yüksək səviyyədə keçməsində böyük rolu olan Şuşa Rayon İcra Hakimiyyətinin Başçısı Bayram Səfərov cənablarına xüsusi təşəkkürümüzü bildiririk. Dəyərli qonaqlar keçmiş Millət vəkili Əflatun Amaşov, Qarabağ elinin ağbirçəyi Flora xanım Qasimova, Müharibə Veteranları Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Rada xanım Abbas, Həqiqət Tarixi Araşdırmalar İctimai Birliyinin sədri Elnarə xanım Abbasova, Mədəniyyətin və Milli dəyərlərin Təbliği İctimai Birliyinin sədri Billur xanım Məmmədova, şəhidlərimiz Namiq və Natiq Şahmuradov qardaşlarının, Tahir Zeynalovun ailə üzvləri, yaxınları və övladları tədbirdə iştirak etdi.
Tədbirdə filmə aid disklər paylanıldi.
Yaxın günlərdə lahiyənin hesabatları təqdim olunacaq.

Layihə rəhbəri Aygün Əhmədova











Digər xəbərlər
15:30 Dövlət işində çalışanlara BƏD XƏBƏR
15:27 Uşaqlar üçün yaşayış minimumu artırıldı
15:25 Azərbaycanda alimentin minimum məbləği artırılır
15:24 Bu halda vətəndaşın işsiz statusu ləğv edilir
14:26 QAZ XƏTLƏRİNƏ HAVA NİYƏ VURULUR?- AÇIQLAMA
10:44 Ömrü uzatmağın sadə yolu tapıldı
10:43 Bu gün Bakıda daha bir bəyannamə qəbul ediləcək
10:40 COP29 tədbirinin vaxtı uzadıldı