hemlemedia.az saytının verdiyi məlumata görə Şuşaya açılan pəncərə filmi çəkiləcəkdir. 30 ildir Azərbaycan qadınlarının dəyanətlə igidlərimizin yetişdirilməsində göstərdikləri cəsarət və mətanətin açıqlanması, soydaşlarımızın ləyaqətinin tərənnüm edilməsi Xalqının vətənsevər övladlarının kişi və ya qadın olmasından asılı olmayaraq öz borclarını yerində yetirərkən vətən uğrunda öldürməyi və ölməyi bacaran insanların tanıdılmasıdır. Biz Şuşa uğrunda döyüşməyi və ölməyi gözə alanların canı qanı ilə Şuşaya bağlı olduğnu layihəmiz boyunca nümayiş etdirəcəyik.
Şuşa baş tacımız Şuşa mədəniyyətimizin beşiyi, Şuşa Qafqazın konservatoriyasıdır.
Şuşanı bir ömür sevmək üçün bir dəfə görmək kifayətdir. Bizim qəhramanlarımız Şuşanın Kərkicahan qəsəbəsinin sakinləri, yəni Şuşada böyümüş insanlardır. Üç şəhidimizin ikisi Şuşa uğrunda gedən döyüşlərdə, biri isə Ağdam və Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olub. Hər üçüdə bir ailədən olan şəhidlərin dərdini isə ailənin qızı bu güünə qədərdə çəkir. İkisi ciyər parası olan qardaşları, biri sevib ailə qurduğu həyat yoldaşıdır. Qardaşı Namiq Şuşa işğal olunan gün 8 may 1992-ci il tarixində Şuşa Həbsxanasının ətrafında, Natiq isə həmin gün qardaşının ermənilər tərəfindən güllə ilə vurulduğunu eşidib onun güllələnduiyi yerə gedərkən yolda öz maşınında bir neçə dəqiqə sonra vururlar və maşınında yanır. O vaxtdan bəri Natiqi qeyri ixtiyari olaraq hələdə gözləyən bacısı Təranə xanımın həyat yoldaşı Tahir Zeynalov isə Şuşanın işğalından sonra Ağdam və Ağdərə istiqamətlərində döyüşüb, 1992-ci il noyabrın 8-də vəzifə borcunu yerinə yetirərkən şəhid olub. Tahirin bir oğlu var idi. Qızı isə Tahirin ölümüdən dörd ay sonra dünyaya gəldi. Bizim şəhid olan oğullarımız qədər mətanətli qadınlarımızda var. Şəhidlərimizin ikisinin bacısı, birinin həyat yoldaşı olan Təranə xanım bizə şəhidlər haqda acılı xatirələrini danışmaqla xalqımızın qəhraman oğullarını tanıdacaq. Eyni zamanda Azərbaycan qadının əzmini, cəsarətini, dözümlülüyünü, vətənsevərliyini nümunə göstərəcyik. Şəhidlərimizi və onları dünyaya gətirən, tərbiyyə edən qadınlarımızı da tanıtmaq cəmiyyətin formalalşdırılması üçün çox əhəmiyyətlidir. Biz həmişə qadınlarımızın cəmiyyətdəki rolunu yüksək qiymətləndiririk. Qadın nəcədirsə cəmiyyətdə elədir deyirik. Bizdə üç şəhidin yükünü, qəmini çiyinlərində əzəmətlə daşıyan Azərbaycan qadınını nümunə kimi təqdim edib cəmiyyətimizin 44 günlük vətən müharibəsində necə bir yuimruq kimi birləşdiyini önə çəkəcəyik. Bu birliyi biz qadınlarımıza borcluyuq. Təranə xanım belə qadınlarımızdan biridir.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumat Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi layihəyə maliyyə dəstəyi verir. Layihəni “Sağlam ailə” ailələrin maarifləndirilməsinə kömk ictimai birliyi icra edəcək. Layihə 3 aya icra olunacaqdır. Gəncə və Bakı şəhərlərində çəkilişləri aparılacaq layihənin icrası üçün “Şuşaya açılan pəncərə” filmi çəkiləcəkdir. Filmin təqdimat tədbiri Bakı şəhərində Şuşa Kollecində keçiriləcəkdir. Layihənin icrasına başlanılıb. Layihədə çalışanlarla əmək müqaviləlri başlanılıb. Filmdə çəkiləcək insanlara telefon danışıqları aparılıb. Yaxın günlərdə filmin çəkilişlərinə başlanılacaqdır.
Layihə rəhbəri Aygün Əhmədova