hemle

Kəşfiyyatçı vəsiyyəti gənc kursantlara çatdırılacaq.

Tarix:2-02-2022, 22:58
Baxış Sayı:335

Vətən Uğrunda Şəhid Ailələri və Milli Qəhramanlar İctimai Birliyinin yeni layihəsinə satart verildi. Layihənin ideyası əsasən vətən yolunda can verməyi bacaran igidlərimizin tanıdılması, onların örnək ömürlərinin gəncliyə nümunə gətirilməsi. Yaşından, vəzifəsindən asılı olmayaraq vətəni hər kəsin sevməsinin bir həyat normasına çevrilməsidir. Layihənin icrasında Azərbaycan kəşfiyyatçılıq məktəbinin örnəyi, yaradıcılarından biri olan şəhid mayor Rüfət Əsgərovun həyatını gənclərimizə tanıtmaq, fəaliyyəti ilə öyünüləcək qədər şərəfli zabit ömrünün nümunə olmasını insanlara çatdırmaqdır. Qəhramanımız Rüfət Əsgərov əgər bir gün döyüş başlayarsa məni heç kim döyüşdən saxlaya bilməz demişdi. Döyüşlər başlayanda isə öz sözünü tutdu. Mayor Rüfət Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda döyüşlərdə, həmçinin Ağdərə şəhəri istiqamətində gedən döyüşlərdə savaşıb. Ermənistan Silahlı Qüvvələrinin 24-dən çox hərbçisini məhv edib, həmçinin üç postun Azərbaycan Ordusunun nəzarəti altına alınmasında fərqlənib. Rüfət Əsgərov oktyabrın 14-də Ağdərə şəhəri istiqamətində şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Rüfət Əsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçiriləcək layihənin icra müddəti 4 ay, layihənin mühasibi Jalə Quliyeva, rəhbəri isə Hikmət Əsgərovdur.
ATESH,AZ

Digər xəbərlər
14:43 Bu gün ədliyyə işçilərinin peşə bayramıdır
14:38 Alimlər vaxtı müəyyən etmək üçün yeni üsul təklif etdi: Zaman ölçüsünü kim yaradıb?
14:35 Hazırlıq başladı: Ermənistan ehtiyatda olan zabitləri bu tarixdə toplayır
14:33 Xəbərdarlıq edildi: 30 milyon insan ölə bilər - Ən çox bu ölkələr zərbə alacaq
14:31 Qazaxın işğaldan azad olunan kəndlərində hazırkı vəziyyət necədi?
14:28 Putin Qərbi yenə də aldatdı: Kiyevə nüvə zərbəsi gözləyirdilər, amma...
10:00 İrəvandan Bakıya göndərilən "strateji saziş"in detalları: Nikolun planı nədir?
09:57 Qanunsuz tikinti işləri aparanların NƏZƏRİNƏ