hemle

Şuşaya açılan pəncərə filminin çəkilişləri başa çatdı

Tarix:8-04-2022, 00:38
Baxış Sayı:270



ATESH,AZ saytı xəbər verir.
Azərbaycan Respublikasının Qeyri Hökumat Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi layihəyə maliyyə dəstəyi ilə “Sağlam ailə” Ailələrin Maarifləndirilməsinə Kömək İctimai Birliyinin həyata keçirdiyi “Şuşaya açılan pəncərə” filminin çəkilməsi adlı layihənin çəkilişləri başa çatdı. Filmdə çəkiləcək hər üç şəhidin yaxınları döyüş dostları onlar haqqında xatirələrini və kədərlərini dilə gətirdilər. 1992-ci ildə Şuşa işğal edildiyi gün may ayının 8-də iki qardaş Namiq və Natiq Şuşa işğal olunan gün 8 may tarixində şəhid olublar. 08 may 1992-ci il tarixində Şuşa Həbsxanasının ətrafında Namiqin şəhid olduğunu eşidən Natiq isə qardaşının güllələndiyi yerə gedərkən öz maşınında yandırılaraq şəhid olur. Filmin qəhramanları olan üç şəhidimizbir ailənin üzvləridir. İkisi Şuşa uğrunda gedən döyüşlərdə, Tahir Zeynalov isə Ağdam və Ağdərə uğrunda gedən döyüşlərdə şəhid olublar.
Şəhidlərimiz Natiq və Namiqin bacısı Tahir Zeynalovun həyat yoldaşı Təranə xanim Zeynalova ilə söhbət çox ağır oldu.
30 il üç yaxının şəhidlik dərdini zərif çiyinlərində gəzdirmək bir qadın üçün nə qədər ağır olduğunu Təranə xanımın hər kəlməsində hiss edir insan. Hər üç şəhidin yaxınları, döyüş dostları onları tanıyanlar danışıb kövrəldilər. Çətində olsa filmin çəkilişini başa çatdırdıq.
Şuşaya açılan pəncərə” filminin təqdimat tədbirinin Bakı şəhərində Şuşa Kollecində keçirilməsi qərara alınıb.
Layihə rəhbəri Aygün Əhmədova
ATESH,AZ






Digər xəbərlər
12:52 Naxçıvan Konstitusiyası dəyişir - Sənəd MM-ə təqdim olunacaq
12:49 Xərçəngi 10 günə öldürən vitamin açıqlandı
12:46 Sabunçu bazarında yanğın baş verdi - Video
12:28 Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
12:22 Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq
12:16 25 ilə insanlar 1000 il yaşaya biləcək
12:11 Ekspert qlobal istiləşmənin əsas səbəbini AÇIQLADI
12:04 Yeni bir 11 sentyabr hücumu planlaşdırılır? - Gizli hesabat