hemle

Kəşfiyyatçı vəsiyyəti filminin çəkilişləri başa çatdı.

Tarix:2-03-2022, 21:14
Baxış Sayı:326

Azərbaycan Respublikasının Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə həyata keçirilən “ Kəşfiyyatçının vəsiyyəti “ adlı layihəni Vətən Uğrunda Şəhid Ailələri və Milli Qəhramanlar İctimai Birliyin icra edir. Layihənin icrasında Azərbaycan kəşfiyyatçılıq məktəbinin örnəyi, yaradıcılarından biri olan şəhid mayor Rüfət Əsgərovun həyatını gənclərimizə tanıtmaq, fəaliyyəti ilə öyünüləcək qədər şərəfli zabit ömrünün nümunə olmasını insanlara çatdırmaqdır. Layihənin çəkilişləri zamanı Rüfət Əsgərovun yaxın dostlarına belə məlum olmayan xəstə övlad probleminidə öyrəndik. Qəhramanımız Rüfət Əsgərov sağalmaz xəstəliyi, atasına həmişə ehtiyacı olan övladını evdə qoyub vətənin müdafiəsinə yollanıb. Çünki Rüfət əgər bir gün döyüş başlayarsa məni heç kim döyüşdən saxlaya bilməz demişdi. Döyüşlər başlayanda isə öz sözünü tutdu. Mayor Rüfət Əsgərov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistanın işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Suqovuşanın azadlığı uğrunda döyüşlərdə, həmçinin Ağdərə şəhəri istiqamətində gedən döyüşlərdə savaşıb. Ermənistan Silahlı Qüvvələrinin 24-dən çox hərbçisini məhv edib, həmçinin üç postun Azərbaycan Ordusunun nəzarəti altına alınmasında fərqlənib. Rüfət Əsgərov oktyabrın 14-də Ağdərə şəhəri istiqamətində şəhid olub.
Çəkilişlər zamanı Rüfət Əsgərovun yaxınları, ailəsi, döyüş yoldaşları onun haqqında öz xatirələrini danışdılar. Rufət kimi soydaşımızın zabitimizin əsil vətən övladının öz həyatlarında çatışmadığını, yerinin daimi olaraq göründüyünü onun həm ciddi bir zabit, həmdə mehriban bir insan olduğunu dedilər.
“Kəşfiyyatçının vəsiyyəti” filminin çəkilişləri başa çatdı. Yaxın zamanda Bakı şəhərində filmin təqdimat tədbiri keçiriləcəkdir.
Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Rüfət Əsgərov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edilib.
Rufət Əsgərovun xatirəsi yaxınlarının və bütün döyüş dostlarının yaddaşından silinməyəcək. Filmimizdə Rüfətin xatirəsinin əbədiləşdirilməsi üçün bizim şəhidimizə ximdətimizdir.

Layihənin rəhbəri isə Hikmət Əsgərov.
ATESH,AZ



Digər xəbərlər
18:27 Ötən gün vətəndaşların bank kartlarından 32 min manatdan çox pul kiberüsullarla oğurlanıb
18:23 Sel nəticəsində ölən vəzifəli şəxs imiş
18:21 Qaraciyərin düşməni hesab edilir - Hər kəsin evində var
18:19 İsrail pasportu olanlara şok qadağa: Bu ölkəyə girişləri yasaqlandı
18:18 Zərərə görə ödənilən sığorta məbləği niyə artırılmır? - AÇIQLAMA
18:16 Pensiyalar yenidən artırılır
18:14 Əlilliyə görə təkrar yoxlamadan keçməli deyilsiniz - Bu halda müddətsizdir
18:11 Əhaliyə ŞAD XƏBƏR - Sabah səhər...