hemle

“Torpaq” filminin çəkilişləri başa çatdırıldı.

Tarix:22-10-2019, 10:47
Baxış Sayı:490

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının 2019-cu ildə elan etdiyi Qrant müsabiqələrində qalib olan Vətən Uğrunda Şəhid Ailələri və Milli Qəhramanlar İctimai Birliyinin “Torpaq filminin çəkilməsi” adlı filmin çəkilişi layihəsinin icrası üçün nəzərdə tutulan hazırlıq işləri və filmin çəkilşləri başa çatdırəıldı.
Şəhidlərin tanıdılması onların ailə üzvlərinə təsəlli oldugu üçün biz şəhidlərin adlarının əbədiləşdirilməsinə çalışırıq.
2017-ci il fevralın 24-dən 25-ə keçən gecə Ermənistan silahlı qüvvələrinin bölmələri bütün cəbhə boyu hücum etdilər. Cəbhənin Xocavənd-Füzuli istiqamətində hücum əməliyyatına başladılar. Düşmənlə qoşunlarımız arasında ağır döyüş toqquşması baş verdi. Bu istiqamətdə də bölmələrimiz düşməni geri çəkilməyə məcbur etdi. İrimiqyaslı döyüş əməliyyatları zamanı düşmən hücumunun qarşısını alarkən hərbi qulluqçularımız Abdullayev Aqşin İsmayıl oğlu, Nəzərov Şahlar Yaşar oğlu, Qədimov Zülfü Rəhim oğlu, Cəfərov Zakir Nazim oğlu və Haşımlı Tural Əbdül oğlu şəhid oldular. Bu döyüş də Azərbaycanın döyüş tarixinə qəhramanlıq salnaməsi kimi yazıldı.
Gənc nəslin tərbiyyə olunmasında müsbət rol oynayacaq “Torpaq” adlı filmin Azərbaycanın Qarabağ üçün haqq davasında cəncliyin səfərbər edilməsinə xidmət edəcək. Mübarizənin önündə gedən əsas qüvvə sayılan gənc nəslin vətənpərvərlik tərbiyyəsinin ölçü meyarı, şəhid ailələrinə, şəhid ruhlarına, şəhid məzarlarına qayğıdan başlayır. Ölkə başçımızın şəhid ailələrinə ciddi surətdə qayğı göstərilməsi ilə başlı tapşırıqlarını məmurlar əngəllərlə həyata keçiririlər, və ya göstərşləri icra etmirlər. Qarabağın işğaldan azad edilməsi dövlətin işi və vəzifəsidir. Lakin bizdə vətəndaş olaraq dövlətin bu yolda həyata keçirdiyi planlı işlərə dəstək verməliyik. Filmin çəkilişləri başa çatdığına görə artıq filmin təqdfimat tədbirlərinin keçirilməsi işləri başlanmışdır. Layihənin icrası sona yaxınlaşır.
Layihənin rəhbəri Əsgərova Zərifə

Digər xəbərlər
14:10 Ötən gün vətəndaşların bank kartlarından 32 min manatdan çox pul kiberüsullarla oğurlanıb
13:37 Zəngəzur, Dərələyəz və... - Yeni ərazilərin qaytarılmasına hazırlıq gedir
13:17 Bir tərəfdə leysan, bir tərəfdən də onlar yerə çatdı: Bu tarixə qədər davam edəcək
12:36 Qar, yağış, şaxta... - FAKTİKİ HAVA
11:45 SOCAR-ın "Azəriqaz" İB rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək
10:24 SOCAR-ın "Azəriqaz" İB rəhbərliyinin növbəti vətəndaş qəbulu keçiriləcək
09:44 Dəmir yolunda qatarlar buna görə gecikir - Səbəbi AÇIQLANDI
09:40 Bu yollarda hərəkətə məhdudiyyət qoyuldu