hemle

Şuşaya açılan pəncərə filmi nümayiş olundu

Tarix:2-05-2022, 16:09
Baxış Sayı:474

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Ağentliyinin maliyyələşdirdiyi "Sağlam Ailə" Ailələrin Maarifləndirilmesine Kömək İctimai Birliyinin həyata keçirdiyi "ŞUŞAYA AÇILAN PƏNCƏRƏ " filminin çəkilməsi adlı layihə başa şatdı. 26.04.2022 ci il saat 12:00 da Şuşa Rayon İcra Hakimiyyətinin inzibati binasının tədbir salonunda " Şuşaya açılan pəncərə" filminin təqdimat tədbiri keçirildi. Şuşa Rayonu İcra Hakimiyyətinin Başçısı Bayram Səfərovun idarəçiliyi ilə möhtəşəm təqdimat tədbiri həyata keçdi. Tədbirin yüksək səviyyədə keçməsinde böyük rolu olan Şuşa Rayon İcra Hakimiyyətinin başçısı Bayram Səfərov cənablarına xüsusi təşəkkürümüzü bildirdik. Dəyərli qonaqlar millət vəkili Əflatun Amaşov, Keçmiş millət vəkili Flora xanım Qasimova, "Müharibə Veteranları Qadınlarına Sosial Yardım" ictimai birliyinin sədri Rada xanım Abbas, "Həqiqət "Tarixi Araşdırmalar İctimai Birliyinin sədri Elnarə xanım Abbasova, Mədəniyyətin və Milli Ənənələrin Təbliği İctimai Birliyinin sədri Billur xanım Məmmədova, şəhidlərimiz Namiq və Natiq Şahmuradov qardaşlarının, Tahir Zeynalovun ailə üzvləri, yaxınları və övladları tədbirdə iştirak etdi. Tedbirde Film nümayiş edildi, filmə aid disklər paylanıldi. Yaxın günlərdə lahiyənin hesabatları təqdim olunacaq.
ATESH,AZ

Digər xəbərlər
12:28 Alkoqol 7 növ xərçəngə səbəb olurmuş
12:22 Vanqadan qalmaqallı proqnoz: İnsanlar bu il ilk dəfə yadplanetlilərlə tanış olacaq
12:16 25 ilə insanlar 1000 il yaşaya biləcək
12:11 Ekspert qlobal istiləşmənin əsas səbəbini AÇIQLADI
12:04 Yeni bir 11 sentyabr hücumu planlaşdırılır? - Gizli hesabat
11:52 Bu gün 33 dərəcə isti olacaq
11:36 Rusiya ABŞ və İrana görə HƏRƏKƏTƏ KEÇDİ
14:43 “ƏDV geri al”anlara XƏBƏRDARLIQ