hemle

İcra Hakimiyyəti Başçısı ilə görüş keçirildi

Tarix:9-08-2020, 22:07
Baxış Sayı:580

ATESH,AZ saytının verdiyi məlumata görə. 8 avqust Gədəbəyin qəhrəmanlıq səhifəsinə yazılmış tarixi bir gündür. Həmin gün. 28 il bundan əvvəl 08 avqustda qəhrəman gədəbəylilər Başkəndi erməni işğalçılarından azad etdilər. Bu münasibətlə Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyin sədri Radə Abbasın təşkilatçılığı ilə bir qrup müharibə veteran və ictimaiyyət nümayəndəsi olan qadınlar və eyni zamanda digər müharibə veteranları Gədəbəy royonuna səfər etdilər. Səfərin əsas məqsədi əsgərlərlə və Gədəbəy döyüşçüləri ilə görüş idi. Lakin yolüstü Gədəbəy Rayon İcra Hakimiyyəti Başçısı İbrahim Mustafayevlədə görüşmək istəyində olduğumuzu bildirdik. Görüşü MVQSYİB-nin Mətbuat xidmətinin rəhbəri Svetlana Osmanlı təşkil etdi. İlk dəfə Rayon İcra Hakimiyyətinin Başçısı ilə çox rahatlıqla görüşmək mümkün oldu. Gədəbəy Rayon İcra Hakimiyyətin Başçısı ilə görüş keçirildi. RİH-in Başçısı cənab İbrahim Mustafayev onları yüksək səviyyədə qəbul etdi. Yüksək səviyyədə keçirilən görüşdə qarşılıqlı təbriklər səsləndi.
Rayon İcra Hakimiyyətinin binasının birinci mərtəbəsində ASAN qəbul xidməti fəalliyyət göstərir. Rayonda xeyli müsbət dəyişikliklər baş verib lakin mövcud olan çoxsaylı problemlərdə var. Əlavə olaraq İcra Başçısı ilə görüşdə bir çox məsələlərə toxunuldu. Müharibə veteranlarının problemləri müzakirə edildi. Bu kimi problemlərin həll edilməsi məqdəi ilə gələcək əməkdaşlıq üçün razılaşma əldə olundu.
Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbas və Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin Şəmkir rayon şöbəsinin sədri Nəzakət Məmmədova da görüşdə iştirak etdilər.
Görüşdən sonra əsgərlərimizin görüşünə gedildi.
ATESH,AZ
MVQSYİB-nin mətbuat xidməti.

Digər xəbərlər
11:15 Ayağında elektron qolbaq var imiş...
11:11 Paşinyan qaçacaq, Ermənistan... - Jirinovskinin dəhşətli proqnozu gündəmdə
11:08 Azərbaycanda məktəbdə kütləvi zəhərlənmə
10:59 Smartfonların tez enerji itirməsinin əsas SƏBƏBLƏRİ
10:55 İki stansiyanı birləşdirəcək yeni tunelin tikintisi 11 AY ÇƏKƏCƏK
10:51 Metropoliten "28 May"la bağlı bütün suallara aydınlıq gətirdi
10:03 Avropa İttifaqı və Çin bu ölkəyə qarşı BİRLƏŞİR
09:58 Mövqelərimiz Tovuzqala istiqamətindən atəşə tutuldu