hemlemedia.az saytının məlumatına görə 04 iyul 2020-ci il tarixində Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyin onlayn konfrans keçirdi.
Konfransda təşkilatın idarə heyyəti və sədrin müavinləri iştirak etdi.
MVQSYİB-nin sədri Radə Abbas konfransa moderatorluq etdi.
Pandemiya döründə təşkilatın həyata keçirdiyi tədbirlər və yardım aksiyalarından danışan Radə Abbas rayonlarda olan vəziyyətlə bağlı müzakirələrin aparılmasına şərait yatardı.
2019-cu ilin noyabr ayında Şəmkir rayonunda Rayon İcra Hakimiyyətinin başçısı Alimpara Məmmədovla rayonda yaşayan veteran qadınların görüşünü təşkil edərək İcra Başçısının onlara diqqət göstərməsini xahiş etsəkdə ölkədə baş verən bu ağır zamanda Şəmkir Rayon İcra Hakimiyyətinin Başçısı və ya nümayəndələrdən heç kim müharibə veteranı qadınlarla maraqlanmayıblar.Şöbə sədri müharibə veteranı Nəzakət Məmmədova icra nümayəndələri ilə baölı əlavə məlumatının olmadığını bildirdi.
Siyəzən rayonunda da vəziyyət ürəkaçan deyil. Bakı şərəində isə rayonların İcra hakimiyyətləri səviyyəsində müharibə veteranlarına qayğı çox aşağı səviyyədədir. Bakı şəhərində yalnız Yasamal Rayon İcra Hamkimiyyətinin Başçısı Elşad Həsənov təşkilatımızın telefon zəngini nəzərə alaraq Yasamal rayonunda yaşayan müharibə veteranı qadınlara bizim verdiyimiz siyahıya əsasən bir neçə dəfə maddi yardım göstəməsini həyata keçirmişdir. Ağdam Rayon İcra Hakimkiyyəti səviyyəsində isə müharibə veteranı qadınlara və ümumiyyətlə müharibə veteranlarına diqqət aşağı səviyyədədir. Konfransda virus pandemiyası səbəbindən təşkilatın planlşadırdığı tədbirlərin keçirilməsinin təxirə salınması və gələkdə həmin tədbirlərin bəzilərinin keçiriləcəyi də müzakirə edildi.
Radə Abbas təşkilatın Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının 2020-ci ildə elan etdiyi birinci Qrand müsabiqəsində qalib olmuş layihəsi haqdada məlumat verdi. Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyin layihəsi əsasında "Difai" filminin çəkiləcəyini bildirdi.
Konfransda Korona virusla mübarizəyə təşkilatın vasitəsi ilə dövlətə daha ne köməklik edə biləcəyimiz müzakirə edildi. Bakı şəhərində və Şəmkir rayonunda imkansız ailələrə və müharibə veteranı qadınlara maddi yardım ediləcəyini planlaşdrmışıq.
Xaçmaz, Quba Qusar Siyəzən. rayonları üzrə ərazi idarəçiliyinin rəhbəri Əntiqə Qonaq internet problem nəticəsində konfransa qoşula bilmədi. Lakin şəhid ailələri, Qarabağ əlilləri, müharibə veteranları ilə bağlı adları çəkilən rayonların İcra Hakimiyyəti başçılarına məktub ünvanlamaqdan başqa həmin rayonlarda icra nümayəndəliri ilə əməkdaşlıq şəraitində çalışmaq üçün təkliflərinidə vermişdir. Təşkilatımızın ofisinin yerləşdiyi Yasamal Rayon İcra Hakimiyyəti aparatının Korona virusla mübarizə sahəsindəki tədbirlərində iştirak etmək üçün onlara müraciətimizdə nəzərər alınacaqdır.
Korona virus pandemiyasının başlandığı vaxtdan etibarən MVQSYİB rayon şöbələri ilə birlikdə 250 nəfər imkansız ailyə yardım etmişdir. Şəmkir rayonu üzrə 24, Siyəzən rayonu üzrə 13, Ağdam rayonu üzrə 20 imkansız ailəyə, Bakı şəhərində isə 197 ailəyə maddi yardım edilib. Yardımların edilməsində təşkilatın daxili imkanlarından və əməkdaşlıq etdiyimiz digər qurumlarin imkanlarından istifadə edilib. Şəhid ailələrinə, Qarabağ əlillərinə, müharibə veteranlarına və digər imkansız ailələrə etdiyimiz bütün bu yardımlara baxmayaraq hazırda maddi yardıma ehtiyacı olan çoxsaylı müraciətlərin edildiyinə görə təşkilatımız yenədə ciddi şəkildə çalışmalıdır. Bunun üçün virusun fəsadları ilə mübarizə səylərinin birləşməsi vacibdir. Əsasən əhalinin heç olmazsa bir qisminin Korona virus bəlasından qorunması üçün evdə qalıb sağlamlığını və cəmiyyəti qoruya bilmsinə psixoloji və maddi yardım etməyi planlaşdırmışıq. İmkanlarımız daxilində qarşımıza qoyduğumuz məqsədimizə çatmalıyıq. Növbəti konfransın təşkilatın digər üzvlərinin iştirakı ilə keçirləcəyi qərara alındı.
MVQSYİB-nin Mətbuat xidməti.
ATESH. AZ