hemle

“Uğurlu Qadınlar Klubu” təsis edildi.

Tarix:5-11-2018, 13:53
Baxış Sayı:839

16 oktyabr 2018-ci il tarixində bir qrup könüllü gənclər Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Radə Abbasla birlikdə təşkilatın nəzdində “Uğurlu qadınlar klubu” təsis edilmişdir. Qeyd edək ki, Gəncə şəhərində Günel Əsədova, Gülmira Seyidova və Turanə Əsədova Uğurlu qadınlar klubunun loqosu, elektron poçtu, sosial media hesabları yaratmışdırlar.
16-17 oktyabr 2018-ci il tarixlərində Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin (MVQSYİB) Türkiyə Azərbaycan Dərnəklər Dostluğu Federasiyası (TADDF) və Demokratik Yazarlar və qəzeteçilər Birliyinin ilə birlikdə təşkil etdikləri “Bir damla su qardaşlıq layihəsi”nin təqdimatı zamanı MVQSYİB sədri Radə Abbas “Uğurlu Qadınlar Klubu”nun üzvləridə tədbirlərdə iştirak etmişdilər. Klubun idarə heyətinin sədri Günel Əsədova Radə xanıma klubun gələcək planları, məqsədi və hədəfləri haqqında məlumat vermişdir. Öz növbəsində Radə xanım da MVQSYİB-nin Gəncə şöbəsinində fəaliyyətinin ugurlu qadınlar klubu ilə birləşdirərək şöbənin fəaliyyətinin effektiv təşkil etməyin vaciliyini vurguladı. Sonrakı mərhələdə sənədləşmə işləri həyata keçirilmiş və 1 noyabr 2018-ci il tarixindən etibarən Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyi Gəncə şəhər “Uğurlu qadınlar klubu” şöbəsi sədrinin əmri verilmiş rəsmi fəaliiyətlərinə start verilmişdir. Uğurlu qadınlar klubunun yaradılması protokolunun və digər sənədlərin Gəncə şəhər icra hakimiyyəti Başçısına ünvanlanacaqdır.
Növbəti mərhələdə isə “Uğurlu qadınlar klubu” Gəncə şəhərində ofis fəaliyyətinin qurulması İB-in həm də klubun öz nizamnaməsində qarşıya qoyduqları məqsədlərə çatmağı üçün tədbirlər həyata keçirilməsi nəzərdə tutulmuşdur:
-müharibə veteranı qadınları ilə vaxtaşırı görüşlər keçirmək, onların problemlərini dinləmək və köməklik etmək;
-müxtəlif kateqoriyalardan olan qadınların bilik və bacarıqlarının artırılması istiqamətində tədbirlər həyata keçirmək;
- kimsəsiz və az təminatlı ailələrə maddi və mənəvi kömək göstərilməsinin vacibliyini təbliğ etmək;
-əlamətdar tarixi günlər və hadisələr, xalq bayramları, il ərzində respublikanın həyatında baş verən mühüm hadisələrlə əlaqədar keçirilən tədbirlərdə iştirak etmək;
-müxtəlif dövlət və özəl müəssisələri üzrə klubun təmsilçilərini təyin etmək və s.
Qadınların sosial-iqtisadi problemlərini dinləmək, onların hüquqlarını müdafiə etmək, ali-təhsili olmayan və ya işsiz qadınların bilik və bacarıqlarını artırmaqla onları məişət problemlərinin həllinə dəstək olmaq kimi istiqamətlərdə atılan bu cür addımları təqdirəlayiq hesab edir və bu fəaliyyətlərin tezliklə öz bəhrəsini verəcəyinə inanırıq. “Uğurlu qadınlar klubu” Gəncə şəhərində fəaliyyət göstərəckdir
Günel Əsədova.

Digər xəbərlər
12:23 92 fərdi evdə 400-ə yaxın sakinin yaşadığı bu kənddə qaz açılışı oldu - VİDEO
10:04 COP29-da bu saziş olmalıydı, əvəzində Bakıya "hücum" edildi...
10:01 Ukrayna Rusiyanın nə qədər ərazisinə nəzarət edir?
10:00 Paris Sazişinin 6-cı maddəsi tam təsdiqləndi
09:52 Vətəndaşların NƏZƏRİNƏ: bu əməliyyatı pulsuz etdirə bilərsiniz - VİDEO
09:50 Avropa İttifaqı ABŞ-ın TORUNA DÜŞDÜ - Böyük qaz böhranı qapını kəsdirir
09:47 Yaxşı yatmağa kömək edəcək 3 "ŞAH" MƏHSUL
09:46 COP29-un yüksək təşkilinə görə Azərbaycana təşəkkür edildi - QƏTNAMƏ